IQNA

İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli olduğunu bildirdi

19:11 - January 18, 2012
Xəbər sayı: 2259511
Beynəlxalq şöbə: İslam Həmkarlar Təşkilatı dey ayının 26-sı öz aylıq hesabatında Qəzza xalqının vəziyyətinin araşdırılması nəticəsində 100 min yeni yaşayış məntəqəsinin tikilməsinə ehtiyac olduğunu bildirdi.
İran Quran Xəbər Agentliyi (İQNA): «Palestine Info» xəbər bürosunun məlumatına əsasən, İslam Həmkarlar Təşkilatı bu hesabatda islam ölkələrindən tələb etdi ki, Qəzzada viran olmuş evlərin yenidən bərpası üçün öz gücünü səfərbər etsin.
Bu təşkilat həmçinin İsrayil qüvvələri tərəfindən Qəzzanın mühasirəsinə işarə edərək bildirdi ki, 6 il öncədən indiyə kimi Qəzzanın mühasirəsi bu məntəqədə daha dəhşətli bir vəziyyətdən xəbər verir.
İslam Həmkarlar Təşkilatı elan etdi: İndiyə kimi 350 yaşayış məntəqəsi bərpa edilmiş və 600 yaşayış məntəqəsi də hal-hazırda tikilməkdədir. Amma buna baxmayaraq, Qəzzada minlərlə ailə sərgərdan qalıb. 936147
captcha