IQNA

Nigeriya ordusu Qurana hörmətsizliyi təkzib etdi

19:13 - January 18, 2012
Xəbər sayı: 2259513
Beynəlxalq şöbə: Nigeriya ordusunun ali baş kamandanı (JTF) bu ordu personalı tərəfindən Qurani-Kərimə hörmətsizlik faktını təkzib etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): «Nigerian Tribune» qəzetinin məlumatına əsasən, polkovnik Viktor Ebhalm bu məsələni inkar edən bəyannamə nəşr edərək dedi: Biz ordu personalı tərəfindən Qurani-Kərimə hörmətsizlik faktı ilə müəyyən olunmuş ittihamı diqqətlə araşdırdıq və tədqiqatlar nəticəsində müəyyən oldu ki, bu iddia tamamilə əsassız olmuşdur.
Polkovnik Viktor Ebhalm dedi: Bizim müştərək ordumuz müsəlman və xristianlardan təşkil olunmuşdur və həm də bu insanların aldığı təlimlərə nəzər saldıqda onların Qurani-Kərimə ehtiramsızlıq etmələri ağılasığmaz bir haldır. 936514
captcha