İran Quran Xəbər Agentliyi (İQNA): «canoe» xəbər bürosunun məlumatına görə, Qatinu şəhərinin polisi dünən günorta vaxtı dövlət televiziyasında müsəlmanlar əleyhinə şüarlar yazan bir kişinin şəkillərini yaymışdır.
Kanada polisi bu şəkillərin yayılmasının səbəbləri barədə dedi: Qatinu məscidinin divarları üzərində şüarlar yazan şəxsin şəkilləri bu islam mərkəzinin ətrafdakı təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmışdır, amma çox təəssüf ki, bu şəxsi tanımaq üçün təhlükəsizlik qüvvələrinin təhqiqatları bir nəticəyə gələ bilməmişdir. Ona görə də polis qərara aldı ki, bu sahədə şəhər sakinlərinin köməyindən istifadə etsin.
Polis qüvvələrinin bəyannaməsinin davamında yazılmışdır. Ümid edirik ki, Kanada şəhər sakinlərinin köməyi ilə bu qarətçi şəxsi tanıya və həbs edə biləcəyik. Bu şəxsin şəkilləri “yutiyub” vebsaytında da mövcuddur və şəhər sakinləri bu şəxsi tanısalar Qatinu şəhərinin polisləri ilə əlaqə saxlasınlar. 937324