IQNA

Livan alimləri cəmiyyətinin təriflənməsi zamanı Nəsrullahın Bankimuna qarşı qətiyyətli mövqeyi

18:53 - January 19, 2012
Xəbər sayı: 2259752
Beynəlxalq şöbə: Livan alimləri cəmiyyətinin rəhbəri Hizbullahın baş katibi İmam Hüseyn (ə)-ın ərbəin mərasimində təriflənməsi və onun Bankimuna qarşı qətiyyətli mövqe tutması haqda dedi: Seyyid Nəsrullah bu bəyanatlarla bildirdi ki, Vətənin təhlükəsizliyi xalqın əlindədir.
İran Quran Xəbər Agentliyi (İQNA): Livanda çap olunan “Əl-enteqad” xəbər bürosunun məlumatına əsasən, Livan alimləri cəmiyyətinin rəhbəri Şeyx Əli Yasin dedi: Seyyid Həsən Nəsrullah Bəlbək şəhərində keçirilən İmam Hüseynin ərbəin mərasimində öz çıxışı ilə Vətənin və xalqın təhlükəsizliyinin təminatçısı olduğunu bildirdi.
Qeyd olunmalıdır ki, Hizbullahın baş katibi Bəlbək şəhərindəki İmam Hüseyn (ə)-ın ərbəin mərasimində dedi: biz silahla müqavimət göstəririk, çünki bu silah ordu və millətin yanında dayanmışdır və milli əzəmət, kəramətin təzminatçısıdır.
Hizbullahın baş katibi aydınlıq gətirdi: Bankimun və digər dünya xalqına elan edirəm ki, biz müqavimətə hazırıq və qüdrətliyik. Azadlığı Livan üçün ərməğan gətirən bir müqavimət düşmən təcavüzünə sərt cavab verdi. 937317
captcha