IQNA

Hindistandakı iclasda Hz.Zəhranın (ə) həyat tərzi açıqlanacaq

18:23 - April 21, 2012
Xəbər sayı: 2309321
Elm və Mədəniyyət şöbəsi: Fatimiyyə günlərinin yetişməsi münasibəti ilə 24 Apreldə Hindistanın “Otar Paradiş” əyaləti “Lekhenu” şəhərində “Muəmməl” Təhsil Mədəniyyət Təşkilatının təşəbbüsü ilə keçirilən iclasda Hz.Zəhranın (ə) həyat tərzi açıqlanacaq.
İQNA xəbər agentliyinin məlumatına əsasən, Fatimiyyə günləri münasibəti ilə təşkil olunmuş xüsusi iclas 24 Apreldə yerli saatla 17:00 dan axşam azanına qədər davam edəcəkdir. İclasda Hz.Zəhranın (ə) həyat tərzi açıqlanacaq və mübahisə olacaqdır.
Məlumata əsasən, Muəmməl Təhsil Mədəniyyət Təşkilatının katibi Höccətül-İslam Musa Rza Yusifi və Camiətul Mustafa (s) Əl-Aləmiyyə məzunu Höccətül-İslam Seyid Zeyğəm Əl-Rəzəvi məclis iştirakçıları alimlər, dini mütəfəkkirlər, bir qrup tələbələr və bu şəhərin müsəlmanları qarşısında çıxış edərək Hz.Zəhranın (ə) həat tərzinə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, iştirakçılar iclasın sonunda əzadarlıq mərasimi keçirəcəklər. 988451
captcha