IQNA

Misirin İsrail rejimindən qorxduğu dövr başa çatmışdır

18:16 - July 03, 2012
Xəbər sayı: 2360349
Beynəlxalq qrup: Məhəmməd Əl-Bəltaci – Misirin “İxavnul-Muslimin” təşkilatının siyasi filialı olan “Azadlıq və Ədalət partiyası”nın katibi, dedi: İsrail rejimi bilməlidir ki, Misirin İsrail rejimindən qorxduğu dövr başa çatmışdır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) “Əl-Mənar” saytına istinadən verdiyi xəbərə görə Misirin “İxavnul-Muslimin” təşkilatının siyasi filialı olan “Azadlıq və Ədalət partiyası”nın katibi, Misirin heç bir qruplaşma və dövlət ilə gərginlik yaratmaq fikrində olmadığını bəyan edərək dedi: Amma İsrail rejimi bilməlidir ki, Misirin İsrail rejimindən qorxduğu dövr başa çatmışdır. İsrail artıq Misir xalqına təzyiq göstərə bilməyəcəkdir. Həmçinin israillilərin Sina səhrasında vizasız hərəkət etməsi məsələsinə yenidən baxılacaqdır.
1043999
captcha