IQNA

“Səhifətus-Səccadiyyə”nin şərhi və tərcüməsinin yeni təshihih olunmuş nüsxəsi Qurani-Kərim sərgisində tamaşaya qoyulacaq

19:47 - July 14, 2012
Xəbər sayı: 2368203
Ədəbiyyat qrupu: İslam Şurası Məclisinin kitabxanası Beynəlxalq Qurani-Kərim sərgisində özünün 20 yeni əsərini, o cümlədən “Səhifətus-Səccadiyyə”nin şərhi və tərcüməsinin yeni təshihih olunmuş nüsxəsini tamaşaya qoyacaq.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İslam Şurası Məclisinin kitabxanası Beynəlxalq Qurani-Kərim sərgisində özünün Quran elmləri, dini, İslam tarixi və müxtəlif mövzularda yazılmış 20 yeni əsərini, o cümlədən “Səhifətus-Səccadiyyə”nin şərhi və tərcüməsinin yeni təshihih olunmuş nüsxəsini tamaşaya qoyacaq.
“Səhifətus-Səccadiyyə” Qütbüddin Lahicinin tərcümə və şərhidir ki, Əkbər Səqəfiyan tərəfindən təshih olunmuşdur.
Höccətul-İslam vəl-müslimin Rəsul Cəfəriyan bu təshih üçün gözəl bir müqəddimə yazmış və bildirmişdir ki, şiələrin bu kimi kitabları onları saxta irfani (sufizim) və zikr məclislərinə getməkdən qorumuşdur.
Qeyd edək ki, bu şərhin təshihi üçün 3 əsas nüsxədən istifadə olunmuşdur.
Təshihin müqəddiməsində İmam Səccad (ə), Səhifətus-səccadiyyə, Şərif Lahici və təshihin üslubları haqqında lazımlı məlumatlar verilmişdir.
Bu Quran sərgisində Topqapı Quranının Kufi xətti ilə yazılmış nüsxəsi də (Hüseyn Vərraq Qəznəvi / Əsərin tarixi: 484 hq) sərgiyə qoyulacaqdır.
1049266


captcha