IQNA

İİR-in kitabxana və sənəd mərkəzi Ermənistanda işə başladı

23:17 - July 15, 2012
Xəbər sayı: 2369244
Mədəniyyət və İncəsənət qrupu: İran İslam respublikasının kitabxana, sənəd mərkəzi və informasiya agentliyi İİR-in baş naziri və Mədəni İşlər idarəsinin nümayəndəsinin iştirakı ilə Ermənistanda açıldı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslam təbliğatı və mədəniyyət təşkilatı şöbəsinin verdiyi xəbərə görə bu kompleksin açılışında – İİR-in xaricdə ən böyük informasiya mərkəzi, Məhəmməd Mustafa Nəccar – İİR-in baş naziri, Məhəmməd Rəisi – səfir və Şiravənd – Mədəni işlər nümayəndəsi, iştirak etdilər.
Bu kitabxana informasiya otağı və internetlə təchiz olunmuş və 20 min cild kitab tutmaq həcminə malikdir. Burada diplom və müdafiə işlərinin və milli sənədlərin saxlanılması üçün şərait vardır. Həmçinin birbaşa internet şəbəkə vasitəsi ilə İİR-in milli kitabxanasına birləşmişdir. Bu kitabxana İİR-in Ermənistanda Fars dili və ədəbiyyatının əsas mərcəi sayılır.
1050343
captcha