IQNA

İmam Rzanın (ə) ruzinin çoxalması üçün əməl düsturu (təlimi): "Dünya və axirət izzəti "şükr" etməyin sayəsindədir

8:04 - September 29, 2012
Xəbər sayı: 2421581
Siyasi qrup: Bu həftənin cümə namazında Ekspertlər Məclisinin üzvi "Rövzətul-Kafi" kitabında İmam Rzadan (ə) rəvayət olunan bir hədisə işarə edərk dedi: Bizim dünya və axirət izzətimiz Allahın razılığını qazanmaq və onun nemətlərinə şükr etməkdədir. Allahın nemətlərini görməmək və bu nemətlərin qarşısında naşükürlük etmək qəlbin qəsavətinə, dünya və axirətdə ziyankarlardan olmağa səbəb olcaqdır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Məhəmməd İmami Kaşani – Ali Dini Rəhbəri təyin edən ekspertlər məclisinin üzvi və Tehranın müvəqqəti İmam Cüməsi, bu həftənin cümə namazının birinci xütbəsində İmam Rzanın (ə) təvəllüd gününü təbrik deyərək O həzrətdən rəvayət olunan bir hədisə işarə etdi.
Kaşani "Rövzətul-Kafi" kitabında İmam Rzadan (ə) rəvayət olunan bir hədisə işarə edərk dedi: Günlərin birində Əhməd bin Əmr və Hüseyn Süveyrani adlı iki nəfər İmam Rzanın hüzuruna gəlib dedilər ki, qabaqlar bizim ruzimiz bol idi, amma indi vəziyyətimiz pisləşib və dolanışıqda çətinə düşmüşük. Sizdən xahiş edirik ki, bizim vəziyyətimizin əvvəlki hala qayıtması üçün dua edəsiniz.
İmam Rza (ə) o iki nəfərə buyurdu: Bu cür vəziyyət və şəraitlərdə edə biləcəyiniz ən az və xırda iş və əməl budur ki, Allaha şükr edəsiniz. Çünki Allah-Taala buyurur:
«لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِی لَشَدِيدٌ»
"Əgər şükr etsəniz sizin üçün (nemətlərimi) çoxaldacam və əgər küfr etsəniz (nemətlərin qədrini bilməsəniz) mənim əzabım çox şiddətli və çətindir". (İbrahim/7).
Bu ayədə Allah-Taala öz lütfünü birbaşa və qəhrini (əzabını) isə qeyri-müstəqim (dolayısı ilə) deyir: Əgər küfr etsəniz, əzabım çətindir.
"Şükr" məfhumunda üç əsas məqam var: 1. Neməti görməlisən, tamaşa etməlisən və ondan qafil olmamalısan. 2. O nemətdən istifadə vəzifəsini bilməli və buna önəm verməlisən. 3. Neməti gördükdə "Münim"i (Nemət verəni) də görməlisən və təşəkkür etməlisən.
İmam Əli (ə) şükrün mənası haqqında buyurub: Hər halda (yaxşı və pis) Allaha şükr et ki, Allah-Taala da hər halda sənə öz lütf və kəramətini əta etsin.
İmam Rza (ə) o iki nəfər buyurdu ki, əgər mən dua etsəm sizin halınız əvvəlkinə qayıtmayacaq, bəlkə bundan daha yaxşı olacaq.
İmam (ə) öz nurlu kəlamının axır qisməti onlara anlatmaq istədi ki, nemət Allahındır və həyat Allahla rabitədir. Siz məndən bu cür kömək istəməyin, bəlkə məndən istəyin sizin üçün dua edim ki, Allah-Taala sizi şükr edənlərdən (şakirlərdən) etsin. Bu zaman hər bir çətinlik sizə asan görünəcəkdir. Bizim dünya və axirətimizin xeyri Allahla əlaqə yaratmağımızdadır. Biz Allahın razılığını istəməli, verdiyi nemətləri düzgün istifadə etməli və şükr edənlərdən olmalıyıq.
Allahın nemətlərini görməmək və bu nemətlərin qarşısında naşükürlük etmək qəlbin qəsavətinə, dünya və axirətdə ziyankarlardan olmağa səbəb olcaqdır.
1108785
captcha