IQNA

General-mayor (Sərləşkər) Firuzabadi Həzrət İsa Məsihin təvəllüdünü və Milad bayramını təbrik etdi

10:33 - December 31, 2012
Xəbər sayı: 2473023
Siyasi qrup: General-mayor (Sərləşkər) Firuzabadi - İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi, bəyaniyyə verərək dünya ölkələrinin bütün hərbiçilərini, xüsusilə də hərbi vəzifəli şəxslərini Həzrət İsa Məsihin təvəllüdü, Milad bayramı və miladın 2013-cü yeni ili münasibəti ilə təbrik etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının Ümumi Əlaqələr idarəsinə istinadən verdiyi xəbərə görə General-mayor (Sərləşkər) Seyid Həsən Firuzabadi - İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi, iki ayrı-ayrı ismarıc verərək dünya ölkələrinin bütün hərbiçilərini, xüsusilə də komandirlərini və hərbi vəzifəli şəxslərini Həzrət İsa Məsihin təvəllüdü, Milad bayramı və miladın 2013-cü yeni ili münasibəti ilə təbrik etdi.
İsmarıcda deyilir: "... İftixar edirəm ki, Həzrət İsa Məsihin – ədaləti müjdə verən, ədalətin böyük carçısı, mənəviyyatın həyatvericisi, rəhmət, sülh və dostluq peyğəmbərinin mübarək doğum gününü və miladi ilin 2013-cü yeni ilini özüm və İran İslam Respublikasının Silahlı Qüvvələri, həmvətənlərim tərəfindən bütün dünya hərbiçilərinə təbrik deyirəm".
General-mayor (Sərləşkər) Seyid Həsən Firuzabadi - İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi, ismarıcında Allah-Taaladan bütün dünya silahı qüvvələri üçün dostluq, sağlamlıq və müvəffəqiyyət dilədi.

1163186
captcha