İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Mədəniyyət və Əlaqələr Təşkilatı şöbəsinin verdiyi xəbərə görə cümə axşamı günü yanvar ayının 3-də Malaziyanın paytaxtı Kualalampurda Şəhidlər Ağası İmam Əba Əbdillah Hüseynin (ə) Ərbəin (qırx) mərasimi keçiriləcəkdir.
Mərasim İran İslam respublikasının Malaziyadakı Mədəni İşlər idarəsinin tərəfindən İranın bu ölkədəki səfirliyinin ikinci mədəniyyət zalında yerli vaxtla saat 19:30-da başlayacaq və mərasimdə moizə və mərsiyələr oxunacaqdır.
1164334