IQNA

Yeni Prezident İslam Dövlətinə vəfalı olanları seçməlidir / Məsullar Malik Əştərin əhdnaməsin oxusunlar

18:45 - June 21, 2013
Xəbər sayı: 2550083
Siyasi Qrup: Tehranın bu günki (21 iyun) Cümə Namazı xütbələrində Cümə Namazının İmamı Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani vurğuladı: "Yeni Prezident İslam Dövlətinə vəfalı olanları seçməlidir. Çünki İslama və İnqilaba vəfalı olan məsullarla ölkənin iqtisadi və digər problemlərini həll etmək olar".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Tehranın bu günki (21 iyun) Cümə Namazı xütbələrində Cümə Namazının İmamı Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani İran xalqının siyasi qəhramanlığını təbrik deyərək vurğuladı: "Bu qəhramanlığın əməli şəkildə təşəkkürü budur ki, dövlət məsulları həqiqətən də xalqın xidmətçisi olsunlar!"
O, İranda 11-ci prezident seçkilərini siyasi qəhrəmanlığın yaradılmasında İran xalqının böyük qələbəsi adlandıraraq dedi: Bu qəhrəmanlıq İran prezident seçkilərində iştirak üçün İslam İnqilabının Böyük Rəhbərinin nidasına ləbbeyk demək idi".
Ayətullah Müvəhhidi Kirmani bildirib ki, 2013-cü il 14 iyun siyasi qəhrəmanlığı bir daha İran xalqının başıucalığı və İslam İnqilabı düşmənlərinin məğlubiyyəti ilə nəticələndi.
Tehranın cümə namazı xitabətçisi həmçinin İran xalqının seçdiyi Həsən Ruhanini təbrik edərək əlavə edib: O iqtidarlı, tədbirli və Vilayət Fəqihə tabe idarəçidir və İslam İnqilabının qələbəsindən öncə və sonra parlaq inqilabi keçmişə malikdir.
İran xalqının seçdiyi prezidentin ilahi və Quran fərmanlardan istifadə edərək, çalışqan və layiqli müşavirləri seçərək prezidentliyin dəyərli yükünü təyin olunmuş məqsədlərə çatdırmalı olduğunu bəyan edən Ayətullah Müvəhhidi Kirmani ümidvarlıq edib ki, İran xalqının seçdiyi prezident güclü nazirlər kabineti təyin edərək ölkənin icra işlərində uğur qazanacaq.
Tehranın cümə namazı xətibi həmçinin İranın futbol üzrə yığma komandasının qələbə çalması və 2014-də Braziliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanması münasibəti ilə İran xalqı, o cümlədən gənclər və idmançıları təbrik edib.
Ayətullah Müvəhhidi Kirmanı Tehranın cümə namazının 1-ci xütbəsində İmam Zamanın (əc) zühuru dövründə zalımların məzlumlara zülmünün yuxarı həddə olacağını bəyan edərək deyib: Hazırda dünyanın müxtəlif bölgələri, o cümlədən Bəhreyn və Suriyada edilən zülmlər naümidliyə səbəb olmamalıdr. Çünki zalımların məzlumlara zülmünün artması böyük qələbənin zühuruna yaxınlaşmağın nişanəsidir.
Daha sonra Ayətullah Müvəhhidi İmam Zamanı gözləməyin fəzilətlərindən danışıb: “Şiə və sünnilərin birlikdə qəbul etdiyi hədislərdə İmam Məhdini (ə.f) gözləməyin ən üstün əməl olduğu bildirilir.O həzrətin zuhurundan öncə etirazlar və qiyamlar qeydə alınacaq və zalımlar xalqın qətlinə əmr verəcəklər. O həddə qədərki, düşmən hətta xanımların qarnındakı körpəyə belə rəhm etməyəcəklər. Zalımların məzlumlara zülmünün artması zühurun yaxınlaşması deməkdir. Bu zülmlər zamanı insanların ədalətə susuz olduğu zaman Məhdi (ə) zuhur edəcək. Onu gözləyənlər zühurunun müqəddiməsini görməli və islamın gözəlliyini dünyaya göstərməlidirlər.”

İmam Cümə ikinci xütbəsində İranın milli futbol komandasını qalibiyyəti və dünya çempionatına yüksəlişi münasibəti ilə təbrik edib: ”bu qələbəyə görə, rəhbərimizə, İran xalqına və idmançılara təbrik deyirəm, İslami İrana hörmət yaratdılar Allah onlara daha çox ehtiram nəsib etsin.”

İmam cümə seçkilərdəki fəallığın düşməni məyus etdiyini də önə çəkib: “Düşmən bildi ki, bu seçkilər və xalqın qızğın iştirakı rəhbərə “ləbbeyk” idi. Çünki rəhbər xalqın iştirakına önəm verirdi və xalq da ona “ləbbeyk” dedi. Düşmən bildi ki, xalq Vəliyyi fəqihə tabedir və onların ayrılmazdırlar. Bu münasibətlə rəhbərə, İran xalqına və seçilmiş prezidentə təbrik ərz edirəm”.

İmam cümə İranın yeni prezidenti Höccətulislam Həsən Ruhanidən də danışıb: ”Höccətulislam Ruhani bu məqama layiqdir, o həm siyasi, həm dini, həm də məzhəbi şəxsdir və güclü müdir, inqilabçı insan və Vilayət Fəqihə tabedir. Bunu bilməliyik ki, bu yük ağır yükdür. Dua edirik ki, Allah onu müvəffəq etsin. Qardaşımız Ruhani cənabları gərək o şəxsləri iş başına qoysun ki, millət üçün ürəyi yansın və xidmət etsin. Beləliklə ölkənin problemləri xüsusilə də iqtisadi məsələləri Allahın köməkliyi ilə həll olunacaq. Əgər kiməsə məsuliyyət verilirsə, gərək baxılsın ki, xalqla necə rəftar edir? Vəzifəyə layiq olan şəxslər dürüst və vicdanlı olmalıdırlar”.

1245882
captcha