IQNA

Allahı zikri etmək, Ona güvənmək ən gözəl və yeganə rahatlıq və mənəvi sakitlik mənbəyidir

22:11 - January 04, 2015
Xəbər sayı: 2671970
Quran üzrə fəaliyyətlər qrupu: "Allahı zikri etmək, Ona güvənmək ən gözəl və yeganə rahatlıq və mənəvi sakitlik mənbəyidir. Bununla belə yenə də iztirab, anksiyet və təşvişin azaldılması üçün dini mətnlərdə çoxlu "zikr"lər qeyd olunmuşdur" - İslami psixoloq İqbalinəsəb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə dünən, cümə günü, Tehranın "Milad" qülləsinin "Sədi" adına toplantı zalında "Müsəlman tələbələrin beynəlxalq Quran müsabiqəsi"nin 5-cu turunun haşiyəsində "Şəfa" adlı təlim seminarı keçirildi.
Seminarda "İlahi adlar" (Əsmaul-hüsna) ilə psixoloji müalicə üsulları təlim mövzusu olmuşdur.
Ailə məsələləri üzrə İslami psixoloq İqbalinəsəb vurğuladı: "Allahı zikri etmək, Ona güvənmək ən gözəl və yeganə rahatlıq və mənəvi sakitlik mənbəyidir.
Bununla belə yenə də iztirab, anksiyet və təşvişin azaldılması üçün dini mətnlərdə çoxlu "zikr"lər qeyd olunmuşdur. Bunlardan iztirab, təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılıq və s... kimi mənəvi xəstəlikləri azaltmaq, müalicə etmək və qarşısını almaq üçün ən gözəl zikr " حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَکیلُ" (Həsbunəllah və ne'məl vəkil = Bizə Allah kifayət edər və O çox gözəl vəkildir) zikridir. Həmçinin ruhi böhran və depressiyanı azaltmaq üçün ən yaxşı zikr "Yunusiyyə zikri"dir".
Həzrət Yunus peyğəmbər (s) düşdüyü qaranlıq zülmətdən (balığın qarnı) qurtarmaq üçün bu zikri oxumuşdur: " لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَکَ إِنِّی کُنْتُ مِنَ الظَّالِمِین" (La ilahə illa əntə, sübhanəkə inni kuntu minəz-zalimin) – "Səndən başqa Allah yoxdur, Sən bütün eyblərdən paksan, həqiqətən də mən nəfsinə zülm edənlərdən idim".
O dedi: Bəzi insanlar bu zikrləri oxuyur, amma sağalmırlar. Bu buna görədir ki, biz bu ayələrə və onların qoyacağı təsirə inanmır ya da inamımız azdır. Həm də bu ayə və zikrlərin təsiri insanın Allahın əzəmət və böyüklüyünü dərkindən asılıdır. Zikr edən həm də Allahın tam qüdrət sahibi olmağını dərk etməli və inanmalıdır.

O, mənəvi sağlamlığın ailədə təsirlərindən danışarkən buna da işarə etdi ki, insanın ən yaxşı dərkmə etmə zamanı onun şad olan zamanıdır. İnsan şad və ruhi əhvalı yuxarı olarsa, zehn, idark və hafizə qüvvəsi də güclənir.
O dedi: Mənəvi sağlamlığı əldə etməyin yollarından biri də şeytani vəsvəsələri özündən uzaqlaşdırmaq və Allahı zikr etməkdir. Allahın zikri ruhi sakitlik gətirir, şeytani vəsvəsə və fikirlər isə insanı iztirab və depressiyaya salır.
Necə ki, Quran-Kərimdə də qeyd olunur, "ilham" iki cürdür. Rəbbani və Şeytani. Quran şeytani ilahm (vəsvəsə) haqqında deyir ki, " و نفس وما سواها ،فألهما فجورها وتقواها" nəfs və onun vəsvəsə etdiyi çirkin işlər. Burada nəfsin vəsvəsəsindən məqsəd şeytani fikirlərdir ki, insanın ruhi sağlamlığını əlindən alır. Bununla mübarizə üçün Allahı zikr etmək və göstərilən zikrləri oxumaq və düşünmək və buna inanmaq lazımdır.
Bundan əlavə ruhi sağlamlığı qorumaq üçün etiqadı möhkəmlədən və əxlaqı yüksəldən kitablar oxumaq və moizələrə də qulaq asmaq zəruridir. Çünki bunun vasitəsilə insan zehnini bürüyən şeytani fikirləri özündən uzaqlaşdıra biləcək.
Quran da buyurur ki, Allahı unudanlara əlbəttə ki, şeytan ən yaxın dost olacaqdır. Deməli, şeytanı uzaqlaşdırmaq və ruhu əzablardan qurtaqmaq üçün ən yaxşı vasitə Allahı zikr etməkdir.
2668389

Teqlər: quran ، yarış ، 5 ، ci ، tur ، beynəlxalq ، iran ، İslam
captcha