İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə “Müsəlman tələbələrin Quran müsabiqəsi”nin 5-ci turunun keçirilməsi katibliyinin icraçı katibi Həmid Sabir Fərzam, yarışların qənaətbəxş keçirilməsi barədə razılığını bildirərək dedi: Bu gün, bazar günü, yarışlar sona çatdır və müsabiqənin yekun mərasimi sabah gecə İran İslam Respublikası İslam Şurasının Ali Məclisinin (Milli Məclis) rəisi Doktor Əli Laricaninin iştirakı ilə keçiriləcəkdir.
O dedi: Yekun mərasimindən öncə saat 15:00-dan 17:00-dək peşəkar qiraət üzrə final 5 yarışçının iştirakı və Quran-Kərimin hifzi üzrə final isə saat 18:00-dan 19:15-dək 5 yarışçının iştirakı ilə keçiriləcəkdir.
Sabir Fərzam əlavə etdi: Yekun mərasimi saat 19:30-da İslam Şurasının Ali Məclisinin (Milli Məclis) rəisi Doktor Əli Laricani və Tehranın meri Məhəmmədbaqir Qalibafın iştirakı ilə keçiriləcəkdir.
O dedi: Quran yarışlarında qalib gələn birinci yerin sahiblərinin hər birinə “30 azadlıq baharı qızıl sikkə” (hər sikkə 10 qram xalis (18 əyar) qızıldır) veriləcəkdir.
Fərzam vurğuladı: Quran yarışlarının haşiyəsində müsabiqədə iştirak edənlərin iştirakı ilə Tehran və ətraf şəhərlərdə 20-dən çox müxtəlif toplantılar və Quranla ünsüyyət məclisləri də keçirilmişdir.