IQNA

Bəhreynlilər viran olunmuş məscidlərin yerində namaz qıldılar

12:04 - February 15, 2015
Xəbər sayı: 2853843
Beynəlxalq qrup: Bəhreyn xalqı öz sülhamiz fəaliyyətlərinin davamında və Bəhreyn Xalq İnqilabının dördüncü ildönümündə, dünən, Fevral ayının 14-də öz Zöhr və Əsr namazlarını viran edilmiş məscidlərin yerində Camaat Namazı bərpa edərək qıldılar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının internet saytına istinadən verdiyi xəbərə görə dünən, Bəhreyn Xalq İnqilabının dördüncü ildönümündə, Fevral ayının 14-də bəhreynlilər bütün ölkədə etiraz yürüşlərinə başlayıblar.

Bəhreynin müxtəlif regionlarının camaatı bu etiraz yürüşlərində iştirak edərək bütün Bəhreyndə hamının hüquqları qorununcaya və bütün haqlarını alıncayadək öz sülhamiz fəaliyyətlərini davam etdiriəcəklərini bildiriblər.

Ali-Xəlifə rejiminin nizami qüvvələri etirazçıları dağıtmaq üçün onlara güllə atəşi açdılar və bunun nəticəsində mülki vətəndaşlardan bir-neçəsi qaz güllələrindən müxtəif dərəcəli xəsarət alıblar.

Onlar öz Zöhr və Əsr namazlarını Ali-xəlifə rejimi tərəfindən viran edilmiş məscidlərin yerində Camaat Namazı bərpa edərək qılıblar.

2851662











Teqlər: Bəhreyin ، 14 ، fevral ، məscid
captcha