Müəssisənin direktoru bildirib ki, partlayış nəticəsində 3 mərtəbəli binada yanğın başlayıb. Kitabxananın həyətində terrorçular İraqın mədəni irsin sayılan kitab və əlyazmalardan tonqal qalayıblar. Məhv edilən nəşrlər arasında mədəniyyət, fəlsəfə və tarix barədə nadir nüsxələr olub. İŞİD terrorçuları öz hərəkətlərin guya kitab və manuskriptlərin fərqli düşüncələr yaratması ilə bəratə qazandırmağa çalışıblar.
Əyalətin şura üzvü Ənbər Adal əl-Fəhdaui öz növbəsində bildirib ki, terrorçular son bir neçə həftədə çoxsaylı kitabxanaları yandırmaqla, 100 mindən çox kitabı məhv ediblər.