IQNA

Livanın keçmiş müftisi: Etidal və ortayol İslam ismarıcının əsasıdır

8:35 - March 04, 2015
Xəbər sayı: 2923446
Beynəlxalq qrup: Şeyx Məhəmməd Rəşid Qəbani – Livanın sabiq Əhl-Sünnə müftisi, etidal və ortayolu İslami ismarıc və mesajın əsas prinsipi olduğunu vurğulayaraq dedi: Radikalizm və ifratçılıqdan uzaq etidal və ortayol müsəlman alimləri və təbliğatçılarının əsas proqramı və bütün proqramlarının başdında olmalıdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ən-nəşrə" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Şeyx Məhəmməd Rəşid Qəbbani vurğuladı: Bütün ərəb və müsəlmanlara vacibdir ki, sionist rejiminin işğalçı siyasətinin qarşısında müqavimət göstərsinlər və həmçinin "müqavimət hərəkatı"nı himayə etsinlər.



O, İslami cameələrdə vəhdətin qorunmasının zəruriliyinə işarə edərək dedi: Regionu təhdid edən təhlükə ilə mübarizənin yeganə silahı və yolu vəhdəti qorumaq və birləşməkdir.



Sabiq müfti çıxışının davamında vurğuladı: Sionist rejimi Fələstin torpaqlarını öz işğalında saxladığı zaman boyunca bu region asayiş üzü görməyəcəkdir. Biz əlimizdən getmiş bu haqqımızı, yəni işğal olunmuş Fələstin torpaqlarını almayınca, bu rejimin qarşısında müqavimət göstərməliyik.



O vurğuladı: Fələstin müqavimət məsələsi gələcək nəsillər üçün də öz qüvvəsində saxlanılmalı və sionist rejimi ilə hər bir əlaqənin adiləşməsinə aparan bütün yollar bağlanılmalıdır.



2918986     



 

Teqlər: fələstin ، müqavimət ، livan ، müfti ، sionist
captcha