IQNA

Bakıda Fatimeyi Zəhraya (s.ə) həsr olunan "Qəm evi" sərgisi

8:54 - March 04, 2015
Xəbər sayı: 2923461
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin "Nərgiz" Qadınlar Cəmiyyətinin təşkil etdiyi "Qəm evi" adlı sərgisi bu gündən izləyicilərin ixtiyarına verilib.

İslamazeri.az bu barədə xəbər verir. Bu günlər həzrəti xanım Zəhranın (ə) şəhadət günləridir. Xanım Zəhranın (ə) müsibətli həyatından bəhs edən sərgi dünən saat 15:00-dan açıq elan edilib.

Sərgidə Xanımın evi, namaz qıldığı mehrab və digər səhnələr mövcuddur. Sərgi Şəhriyar adına Mədəniyyət Mərkəzində təqdim olunub. Sərgi mart ayının 5-ə qədər davam edəcək.

islamazeri.az

Teqlər: bakı ، sərgi ، şəhadət
captcha