IQNA

Somalinin paytaxtında partlayış: 7 ölü

10:56 - April 22, 2015
Xəbər sayı: 3190827
Tehran(İQNA)_Somalinin paytaxtı Moqadişoda nahar vaxtı prezident sarayının işçiləri arasında populyar olan Banoda restoranın qarşısında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 7 nəfər həyatını itirib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentiliyi) Publika.az-a istinadən xəbər verir ki, Əl-Şəbəb qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb. Məlumata görə, partlayış zamanı 10-a yaxın şəxs yaralanıb. Ölən və yaralananlar arasında rəsmi şəxslərin olması barədə məlumat yoxdur. 

Qeyd edək ki, bu, Əl-Şəbəb qrupunun son günlər ərzində törətdiyi dördüncü hücumdur. Bazar ertəsi Əl-Şəbəb ölkənin şimalında Qarove şəhərində yeddi adamın ölümü və səkkiz adamın yaralanması ilə nəticələnmiş hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Teqlər: somali ، paytaxtı ، partlayış
captcha