IQNA

Azərbaycan XİN müsəlman ölkələrinin səfirləri üçün iftar təşkil edib

14:40 - July 04, 2015
Xəbər sayı: 3323038
Tehran(İQNA)- Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyi adından müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini iftar məclisinə dəvət edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinadla verdiyi xəbərə göre, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, X. Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyib. O, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək ölkənin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı səfiri Hassan Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.

captcha