IQNA

İİR prezidenti:

İslam “bədr”i və “qəmər”i varımızdır, “şiə hilalı” yoxumuzdur!

22:50 - August 15, 2015
Xəbər sayı: 3344499
Siyasi qrup: İİR-nın prezidenti Höccətul – İslam vəl – müslimin Dr. Ruhani bu gün “Əhl – Beyt (ə) ümümdünya birliyi”nin 6-cı ümumi iclasının açılış mərasimində dedi: Regionda təfriqə salmaq və parçalanmaq yaratmaq istəyənlərin düşündüyünün əksinə olaraq bizim İslam “bədr”i və “qəmər”i varımızdır, “şiə hilalı” yoxumuzdur! İslamın sərhədləri iman və etiqaddır, qan (irq) və coğrafiya deyil!


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, prezidenti Höccətul – İslam vəl – müslimin Dr. Ruhani bu gün, şənbə, 15 Avqust 2015-ci il, “Əhl – Beyt (ə) ümümdünya birliyi”nin 6-cı ümumi iclasın və “İmam Səccad (ə) adına beynəlxalq konfrans”ın açılış mərasimində İslam düşmənlərinin qarşısında bilrik və vəhdətin zəruriliyini vurğulayaraq dedi: Düşmənlər müsəlmanlar arasında parçalanma və təfriqə salmaq və İslam dinində inhiraflar yaratmaq istəyirlər. Biz bu hiylənin qarşısında dayanmalı və müqavimət göstərməliyik, icazə verməməliyik ki, düşmənlər terrorist qruplaşmalar vasitəsilə sülh, ədalət, rəhmət və dostluq dini olan İslamı zorakılıq, terror, mədəniyyətləri məhv edən və qorxu dini olaraq dünyaya tanıtdırsınlar.



Prezident vurğuladı: İranın siyasi, elmi və mənəvi iqtidar və qüdrəti heç vaxt qonşularının zərərinə və əleyhinə olmayıb və olmayacaqdır. Biz öz qüdrətimizdən istifadə edərək regionda sülh və təhlükəsizliyi təmin etmək istəyirik. Biz bu gün isbat etmişik siyasi qüdrət və məntiq ilə dünya qüdrətlərinin qarşısında oturub onları İran millətinin hüquqları qarşısında baş əyməyə vadar edə bilərik. İsbat etmişik ki, bu millət öz gücü və qüdrəti ilə ən uca hədəflərə çatmağa qadirdir.



İİR prezidenti dedi: Atom silahlarına sahib olmaq və modern texnologiyaya yiyələnmək sionist rejimi və digər imperialist qüvvələrə təhlükəsizlik və sülh ərməğan edə bilmədi. Onlar yanlış təsəvvür etdilər ki, bu texnologiyaya yiyələnərək, haranısa bomboalayaraq Yəmən xalqı kimi məzlum millətləri özlərinə tabe edə biləcəklər.



Höccətül İslam vəl – müslimin Ruhani çıxışının davamında Əhl – Beyt (ə) məktəbinin İslam və Quranın həqiqi təfsiri olduğuna işarə edərək dedi: Regionda təfriqə salmaq və parçalanmaq yaratmaq istəyənlərin düşündüyünün əksinə olaraq bizim İslam “bədr”i və “qəmər”i varımızdır, “şiə hilalı” yoxumuzdur! İslamın sərhədləri iman və etiqaddır, qan (irq) və coğrafiya deyil! Müsəlmanlar küfr və nifaqın qarşısında birdirlər və mərhum İmam Xomeyni bizə öyrədib ki, şiə və əhl-sünnə necə qardaş kimi bir-birinin kənarında yaşaya bilərlər. Bu gün də İnqilabın rəhbəri bu əsas üzrə, müsəlmanları vəhdətini qorumağa çalışır və bizə necə vahid bir ümmət ola biləcəyimi öyrədir.



Prezident vurğuladı: Dünənə qədər şərq və qərb iddia edirdilər ki, İslamın və iranın dövranı başa çatıbdır, amma biz İslam inqilabı ilə bu fikri darmadağın etdik və dünyaya başa saldıq ki, bu gün din əsridir, insanın həqiqi nicatvericisi din, iman və əxlaqdır. Oxunun daşa dəydiyini görən düşmən bu gün din dövrü olmadığını iddia etmir, bu dəfə çalışır ki, dini başıaşağı göstərsin, özləri hazırladıqları dini cavanlara yükləsinlər. Onlar müsəlmanlar arasında parçalanma və təfriqə salmaq və İslam dinində inhiraflar yaratmaq istəyirlər. Biz bu hiylənin qarşısında dayanmalı və müqavimət göstərməliyik, icazə verməməliyik ki, düşmənlər terrorist qruplaşmalar vasitəsilə sülh, ədalət, rəhmət və dostluq dini olan İslamı zorakılıq, terror, mədəniyyətləri məhv edən və qorxu dini olaraq dünyaya tanıtdırsınlar.



3343118



 

Teqlər: vəhdət ، İslam ، inqilab ، ruhani ، iran
captcha