İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "todayszaman" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Amerikanın Pensilvaniya əyalətinin "Betlhem" şəhərində müsəlmanlar tərəfindən ilk dəfə olaraq İslami tədqiqat və araşdırmalar üçün təsis edilmiş "Rispekt" (Ali Məktəb Dərslərinin Təkmilləşdirilməsi = Magistratura) dərəcəli "İslam Universiteti"nin açılış mərasimi müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə keçirildi və bu elm oacağı yeni dərs ilində öz işinə start verdi.
Açılış mərasimi Quran – Kərimdən ayələrin tələbələrdən birinin qiraəti ilə başladı, sonra Patrişa Rabinzon – Filadilfiyada "Lutran dini mədrəsəsi"nin nümayəndəsi sözə başlayaraq dedi: Bu cür projelər insanların dünyanın xoş gələcəyinə ümidlərini artıra və arzu olunan dünyanın düzəlməsinə kömək edə bilər.
Pensilvaniya əyalətinin rəsmilərindən olan Rayan Mekkenzi bu mərasimdə iştirakından xoşhal olduğunu bildirərək dedi: Ümidvaram ki, bu universitet ölkəmizin gələcək rəhbərlərini yetişdirəcəkdir. Elm və təlimin genişlənməsi ilə radikalizmin kökü kəsiləcəkdir.
Süleyman Əris – universitetin rəisi, dedi: Bu ilk dəfədir ki, müsəlmanlar özləri ABŞ-da İslam Universiteti təsis edirlər. Bu universitetin məsullarının çoxu müsəlmanlardır. Amerika müxtəlif universitetlər İslam təlimlərini tədris etsələr də, təqribən bu təlim dərslərinin hamısı qeyri – müsəlmanlar tərəfindən idarə olunur və həyata keçirilirdi.