IQNA

Qüdsün müftisi ərəb liderlərinin İsrailə qarşı susqunluğunu tənqid etdi

11:16 - September 07, 2015
Xəbər sayı: 3359975
Tehran(İQNA) - "Əl Əqsa" məscidində xütbə zamanı müfti ərəb liderlərinin İsrailə qarşı susqunluğunu tənqid edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Qüds müftisi ərəb liderlərini tənqid edərək İsrail rejiminə də xəbərdarlıq edib. Şeyx Muhəmməd Huseyn "Əqsa" məscidində olan cümə namazında çıxışı zamanı bildirib:

“İşğalçıların planları ilə mübarizə aparmaq üçün namaz qılanlar daima Əqsa məscidində cəm olmalıdırlar. "Əqsa" məscidi yalnı müsəlmanlarındr. Qəbristanlarımiz da bizə vəqf olunmuş ərazilərdir və hər növ müdaxiləyə qarşıyıq.Bir sıra səhabə bu qəbristanlıqda basdırılmışdır. Hər hansı təhlükə məhkum ediləcəkdir".

"Əqsa"məscidində xütbə verən müfti ərəb liderlərinin İsrailə qarşı sükutunu tənqid edərək deyib: "İşğalçı rejim beynəlxalq təşkilatların, ərəb və bəzi İslami ölkələrin sükutundan istifadə edərək öz mənfur niyyətlərini reallaşdırmaq istəyirlər. Qüdsün və onun müqəddəs məkan və abidələrinin qorunması zəruridir.”

Teqlər: qüds ، müftüsü ، Ərəb ، lidərlərini ، tənqid ، etdi
captcha