IQNA

Əl-Mustada (s) Beynəlxalq İslam Elmləri Akademiyasında:

"Fiqh" (dini qanunvericilik, hüquq) və ətaf mühit" ixtisası üzrə fakültə təsis edildi

22:35 - November 06, 2015
Xəbər sayı: 3443997
Sağlamlıq şöbəsi: Əl-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyası İslam dünyasında elmi, mədəni və ətarf mühit baxımından elmi tədiqatlar və araşdırmaların genişləndirilməsi istiqamətində "Fiqh" (dini qanunvericilik, hüquq) və ətaf mühit" fakültəsini təsis etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının dini elmlər üzrə məşhur şəhəri müqəddəs Qumda yerləşən "Əl-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyası" İslam dünyasında elmi, mədəni və ətarf mühit baxımından elmi tədiqatlar və araşdırmaların genişləndirilməsi və təbii sərvətlərin qorunması istiqamətində "Fiqh" (dini qanunvericilik, hüquq) və ətaf mühit" fakültəsini təsis etdi ki, bu sahədə də İslam dininin həmişə çiçəklənməkdə olan dini hüquqlarından istifadə edilsin.



Həmçinin qərara alınmışdır ki, yaxın gələcəkdə "Əl-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyası"nda "Ətraf Mühit"in fəlsəfəsi, "Ətraf Mühitdə əxlaq" və "İslam mədəniyyəti tarixində ətraf mühit" ixtisasları da təsis edilsin.



Qeyd edək ki, Əl-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyası" İran İslam Respublikasının "Əkinçilik cihadı" nazirliyinin "Su və Təbii sərvətlər" idarəsinin həmkarlığı ilə bu mövzu barədə "Ensiklopediya" yazır və indiyədək bu "ensiklopediya"nın bir neçə cildi çapdan çıxmışdır.



http://iqna.ir/fa/News/3443883

Teqlər: əl ، Mustafa ، ətraf ، mühit ، ensklopediya
captcha