IQNA

Amerikanın "Atlanta" şəhərində İslam incəsənəti sərgisi keçiriləcək

23:38 - November 06, 2015
Xəbər sayı: 3444003
Beynəlxalq şöbə: Amerikanın Atlanta şəhərinin "Rozvel" İslam cəmiyyətinin məscidi sabah, 7 noyabr, həftənin şənbə günü İslam incəsənəti sərgisinə evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "patch.com" informasiya portalına istinadla verdiyi xəbərə görə, ABŞ-ın Atlanta şəhərinin "Rozvel" İslam cəmiyyətinin məscidi sabah, 7 noyabr, həftənin şənbə günü İslam incəsənəti sərgisinə evsahibliyi edəcək. Sərgi ümumi kütlənin və insanların bu yol ilə İslam dini barəsində məlumatlarının artırılması hədəfi ilə keçirilir.
Sərgidə İslam incəsənətinin müxtəlif nümunələri, o cümlədən xəttatlıq, nəqqaşlıq, rəssamlıq, heykəltəraşlıq, sramik, dəmirdən və taxtadan düzəldilmiş əsərlər və s. 3 gün müddətində insanlar üçün nümayiş olunacaqdır.
Sərgidə iştirak edənlər edə bilərlər ki, sual-cavab yolu ilə sərgini keçirən məsullardan və məscid işçilərindən İslam dininin əsasları və qanunları haqqında məlumat əldə etsinlər, İslam haqqında öz məlumatlarını çoxaltsınlar.
Atlanta şəhəri ABŞ-ın cənub şərqində Corciya əyalətinin mərkəzində yerləşir. Bu şəhərdə məskunlaşmış müsəlmanların sayı 75 min nəfər təxmin edilmişdir. Şəhərdə 35 məscid və İslam mərkəzi mövcuddur.  
3443942

Teqlər: məscid ، abş ، sərgi ، incəsənət
captcha