IQNA

Dr. Ruhaninin İraq dövlətinə təşşəkkür və təqdir ismarıcı Heydər əl-İbadiyə çatdırıldı

23:21 - December 07, 2015
Xəbər sayı: 3460936
Beynəlxalq şöbə: Dr. Danayi Fər - İran İslam Respublikasının Bağdaddakı səlahiyyətli səfiri, Dr. Həsən Ruhaninin bu il ƏRBƏİN ziyarəti günlərində İraq dövlətinin ziyarətçilərə göstərdiyi xidmətlərə görə təqdir və təşəkkür ismarıcını Heydər əl-İbadiyə çatdırdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-fürat nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraq dövlətinin baş nazirliyinin dəftərxanasından yayılan bir bəyanatda deyilir: İraq dövlətinin başçısı Heydər əl-İbadi dünən (7 dekabr 2015) İran İslam Respublikasının Dr. Həsən Ruhani tərəfindən göndərilmiş məktub alıb ki, məktubda İraq dövlət və millətdinən ƏRBƏİN ziyarəti günlərində İraq dövləti və millətinin ziyarətçilərə göstərdiyi misilsiz xidmətlərə və təhlükəsizliklərini tam təmin etdiklərinə görə təqdir və təşəkkür edilir.



İran İslam Respublikasının Bağdaddakı səfiri Dr. Danayi Fər dünən (7 dekabr 2015)  İraq dövlətinin başçısı Heydər əl-İbadi ilə görüşündə Dr. Ruhaninin yazdığı təqdir və təşəkkür məktubunu təqdim etmişdir.



Elə buna qarşılıq olaraq Heydər əl-İbadi də dünən yaydığı bəyaniyyə İran İslam Respublikasından və İran xalqından bu ziyarət zamanı göstərdikləri köməklərə görə təşəkkür edərək vurğuladı: İraqda İŞİD əleyhinə müharibənin davam etməsinə və vəziyyətin çox çətin olmasına baxmayaraq İraq dövləti zairlərə xidmət göstərmək və onların təhlükəsizliyini qorumaq üçün uğurlu addımlar ata bilmişdir.       



3460612

Teqlər: ruhani ، İbadi ، İraq ، iran
captcha