IQNA

Ərəb ölkələrində cəmiyyətin İŞİD terror qruplaşmasına qarşı münasibəti necədir? - SORĞU

9:51 - December 23, 2015
Xəbər sayı: 3468555
Beynəlxalq şöbə: Qətərin "Doha Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzi" 2015-ci ilin son günlərində Ərəb dünyasında İŞİD terror qruplaşması ilə bağlı ictimayi rəyi öyrənməyə çalışıb və bu barədə ictimai sorğu keçirib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)  "əl-aləm" peyk TV kanalının informasiya və xəbər portalına istinadən verdiyi xəbərə görə, "Doha Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzi" 2015-ci ilin son günlərində apardığı sorğunun nəticəsinə görə Ərəb ölkələrində yaşayan əhalinin 89 faizi İŞİD terror qruplaşmasını pisləyir və ona qarşıdırlar. Məlumata görə, sorğuda iştirak edənlərin 7 faizi İŞİD-in tərəfdarı olub.  



İŞİD-in yaranmasında səbəblər haqqında ərəb ölkələrinin əhalisinin 22 faizi düşünür ki, buna səbəb İraq və Suriyadakı qarşıdurmalardır.  11 faiz ifratçı şəxslərin iştirakını, 10 faiz əcnəbi ölkələrin ərəb ölkələrinin işinə müdaxiləsini İŞİD-in yaranma səbəbləri kimi göstəriblər.  



Məlumatda  bu sorğunun hansı ölkələrdə aparıldığı və sorğuda neçə nəfərin iştirak etməsi ilə bağlı açıqlama verilməyib.



3468389

Teqlər: İŞİd ، suriya ، İraq ، Ərəb ، soğru
captcha