IQNA

BMT baş katibi:

Terror və ekstremizmin əsl hədəfi müsəlmanlardır

23:13 - April 09, 2016
Xəbər sayı: 3480315
Tehran, 09.04.2016 - BMT baş katibi Pan Qi Mun dünyadakı terror təşkilatlarının hədəfində müsəlmanların olduğunu açıqlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, BMT baş katibi Pan Qi Mun dünyadakı terror təşkilatlarının hədəfində müsəlmanların olduğunu açıqlayıb.

Pan Qi Mun BMT-nin Cenevrədəki ofisində dünyadakı terror təhlükəsinin müzakirəyə çıxarıldığı "Ekstremizmin Qarşısının Alınması" konfransında belə bir açıqlama ilə çıxış edib.

İsveçrənin xarici işlər naziri Didier Burkhalter və Panın təşkil etdiyi konfransa 32 nazir və nazir müavini, həmçinin aralarında QHT-lərin də olduğu 104 ölkədən 600-ə yaxın nümayəndə iştirak edib.

BMT baş katibi Pan Qi Mun silahlı birləşmələrin təhlükəsinin bütün dünya üzrə yayıldığını diqqət çatdıraraq, bu təşkilatların əlinə kimyəvi, bioloji, radioloji və nüvə materialların keçmə ehtimalının narahatçılıq yaratdığını qeyd edib.

Pan Qi Mun silahlı təşkilatların müəyyən bir din, dil, irq və məzhəbə aid olmadığını bildirib. "İŞİD və Boko Haram kimi terror təşkilatlarının törətdikləri cinayətlər dinə, müəyyən bir bölgəyə və millətçiliyi hədəf alan əməliyyatlar deyildir. Bu təşkilatların hədəfinin müsəlmanlar olduğu isə aydındır, məqsədləri isə dünyanın qorxuya bürünməsini təmin etməkdir".

http://iqna.ir/fa/news/3486831


Teqlər: iqna ، bmt-nin baş katibi ، bmt ، terror
captcha