IQNA

Əbu Bəkr əl-Bağdadi: Geri çəkilməyin

13:50 - November 03, 2016
Xəbər sayı: 3480957
Tehran, 03.11.2016 – Bağdadi terrorçuları Suriyada İŞİD-lə mübarizə aparan Türkiyə Silahlı Qüvvələrinə də "od püskürməyə" səsləyib.

Əbu Bəkr əl-Bağdadi: Geri çəkilməyin

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi terrorçuları İraqın Mosul şəhərindən geri çəkilməməyə səsləyib.

Yayılan səs yazısı Mosulun azad edilməsi əməliyyatının başlamasından sonra əl-Bağdadinin yayılmış ilk bəyanatıdır. Qeyd edək ki, noyabr ayının 2-si İraq qüvvələri şəhərə daxil olublar.

Bununla belə, əl-Bağdadinin özünün şəhərdə olub-olmaması məlum deyil. Lakin ötən gün "The Independent" yazıb ki, terrorçuların lideri hələ də Mosuldadır.

"Reuters" agentliyi də bildirir ki, əl-Bağdadi terrorçuları Suriyada İŞİD-lə mübarizə aparan Türkisə Silahlı Qüvvələrinə "od püskürməyə" səsləyib. O, Türkiyəni İŞİD-in "yeni fəaliyyət sahəsi" adlandırıb.

captcha