IQNA

İmam-cümə:

Qapıdan çıxan düşmənin pəncərədən girməsinə icazə verməyəcəyik

9:54 - November 05, 2016
Xəbər sayı: 3480960
Tehran, 05.11.2016 – "ABŞ-ın cinayətləri deyilməlidir. ABŞ prezidentliyinə namizəd olanlar bu işi bizdən daha yaxşı görürlər."


Qapıdan çıxan düşmənin pəncərədən girməsinə icazə verməyəcəyik

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Məhəmməd Əli Kirmani olub.

ABŞ-la müzakirə məsələsinə toxunan imam-cümə bildirib: "Biz özümüzə inanmalı və problemlərin həll yollarını proqramlı şəkildə təhlil etməliyik. Problemlərimizin həlli üçün ABŞ-a ehtiyaclı deyilik. Bəzi məmurların ABŞ-a meyillilyi varsa bu islah olunmalı və ABŞ-ın düşmənçliyi ailədən tutmuş universitetə qədər hamıya öyrədilməlidir. Məmurlar inansınlar ki, öz ayaqları üstündə dura bilərlər. Belə düşünməsinlər ki, problemlərimizin həlli üçün ABŞ-dan başqa yol yoxdur. Ayətullah Xamenei Təhsil Nazirliyinin bu barədə səhlənkarlığını və ABŞ səfirliyindən əldə olunan kitabların tədris olunmamasını tənqid etdi.

Niyə bizim cavanlarımız ABŞ-a nifrətlə böyüməməlidirlər? Və iş o yerə çatsın ki, rəhbərimiz bu barədə sualla çıxış etsin. Bizim dövlətimiz islamidir və ABŞ da islamın düşmənidir. Siyasətin dində olan yeri bəlli olmalıdır. Dünyada, islam dünyasında, şiəçilikdə və hətta ölkəmizdə müsbət və mənfi hərəkatlar mövcuddur. Məmularımız bu barədə ayıq olmalı və müsbət hərəkatlara dəstək olmalı, mənfi hərəkatlarla savaşmalıdırlar. Bu məsələ hakimiyyətdə təhlil olunmalıdır. Deməyək ki, bu mümkün deyil. Bütün problemləri həll etməyə qadirik. İmam Xomeyni (r) demişdi ki, biz bacararıq və ABŞ da heç bir qələt edə bilməz. Biz ABŞ önündə dura və onları mənfura çevirə bilərik. Bu səbəbdən ABŞ-ın cinayətləri deyilməlidir. ABŞ prezidentliyinə namizəd olanlar bu işi bizdən daha yaxşı görürlər. Nüvə razılığının da ən mühüm nəticələrindən biri ABŞ-ın həqiqi üzünün aşkar olması idi. ABŞ açıq şəkildə dedi ki, biz sanksiyaları ləğv edəcəyik, lakin etmədilər, əksinə daha da artırdılar. Dünya ABŞ-ı tanımalıdır. Biz ABŞ-ı öz addımları ilə ifşa etməliyik. İmam Hüseyn (ə) də Yezidə qarşı bu metoddan istifadə etdi. ABŞ insani faktorlara sadiq deyil və verdiyi sözləri tapdalayır. Bizim kafirlərlə müqaviləmiz ola bilər və onlar əhdinə vəfalı olduqları zamana qədər bunun iradı yoxdur. Lakin bunu ABŞ-la edə bilmərik, çünki onlar insani dəyərləri unudublar. Məntiq buna qarşıdır. Bizim ABŞ-la müzakirəmiz yalnız nüvə məsələsində idi, o da bitdi. Bizim şəxsiyyətimiz islamidir və ABŞ-ın bizə hörmət etməsini gözləməməliyik.”

Ölkədə keçirilən "imperialist qüvvələrlə mübarizə” gününə işarə edən imam-cümə deyib: "Xalqın bu yürüyüşlərdə iştirakı ABŞ-ı məyus etdi və sübut etdi ki, qapıdan çıxan düşmənin pəncərədən daxil olmasına icazə verməyəcəklər. Xalqımız onların düşmənçiliyini unutmayacaq.”

captcha