IQNA

BƏƏ "kiv"-ləri Hənnanənin tilavətini ekskluziv olaraq lentə aldılar

12:26 - November 06, 2016
Xəbər sayı: 3480964
Tehran, 06.11.2016 – İranı BƏƏ Beynəlxalq Qadın Quran Yarışlarında təmsil edən Hənnanə Xələfi yarışların ilk mərhələsini uğurla başa vurdu. Onun tilavətini BƏƏ mediası ekskluziv olaraq lentə aldılar.

















IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mustafa Xələfi – Hənnanənin atası, İQNA ilə müsahibəsində Hənnaə Xələfinin cari ayın 4-də BƏƏ-də xanımlar üçün keçirilən Beynəlxalq Quran Yarışlarının ilk mərhələsini uğurla başa vurduğunu və yarışları işıqlandıran medianın Hənnanənin tilavətini ekskluziv olaraq lentə aldığını xəbər verərək dedi: Davərlər (hakimlər) heyəti Hənnanədən ilk mərhələdə üç sual soruşublar və o çox gözəl şəkildə sualların cavablarını açıqladıqdan sonra yarışların xanım hakimləri bu gözəl cavablardan və Hənnaənin gözəl tilavətindən vəcdə gələrək bir sual da əlavə soruşublar ki, media və KİV əhli Hənnaənin tilavətin ekskluziv olaraq lentə alsınlar.

Mustada Xələfi dedi: Yarışların əsas mərhələsi bu gündən, yəni həftənin bazar günündən etibarən başlayacaq və ümid edirəm ki, Hənnanənin hazırlığı üçün göstərdiyimiz ciddi və çoxlu səylər və həmçinin onun öz zəhmətləri sayəsində haqqı olan nəticəni əldə edəcəkdir.

BƏƏ-nin "Fatimə bint Mübarək" adına xanımlar üçün ilk beynəlxalq Quran yarışları Dubayın Mədəniyyət və Elm Kompleksində cari ilin Noyabr ayının altısından başlayaraq 18-dək Dubay şəhərində davam edəcəkdir. Noyabr ayının 18-da Cümə günü yarışların yekun mərasimi keçiriləcəkdir.

Yarışların hazırlıq və ilkin mərhələsi üçün üç nəfərlik hakimlər heyəti təşkil edilsə də final mərhələsi üçün hakimlər heyətinin tərkibi çoxalaraq altı nəfər olacaqdır.

Hakimlər heyətini Ərəbistan, Misr, İordaniya, BƏƏ, əl-Cəzair və İraqdan olan Quran ustadları təşkil edir.

http://iqna.ir/fa/news/3543417


captcha