IQNA

Bəhreynin tanınmış ilahiyyatçısı aclıq elan edib

9:54 - November 08, 2016
Xəbər sayı: 3480972
Tehran, 08.11.2011- Bəhreynin həbsdə olan tanınmış ilahiyyatçısı Şeyx Mirzə Maxrus Ali Xəlifə rejimi tərəfindən insan haqlarının pozulmasına etiraz olaraq aclıq elan edib.


Bəhreynin tanınmış ilahiyyatçısı aclıq elan edib

FaktXəbər-in verdiyi məlumata görə, Mar At əl-Bəhreyn informasiya agentliyi bildirib ki, həbsdə olan Bəhreyn Milli İslami Birlik Cəmiyyətinin Baş Katibi, Bəhreyn İnqilabının Lideri Şeyx Əli Salmanın xanımı bəyan edib ki, Şeyx Marxus bütün hüquqları bərpa olunana qədər aksiyanı davam etdirəcək.

Qeyd edək ki, Şeyx Maxrus Şeyx Əli Salmanla birlikdə Cav həbsxanasındadır.

Xatırladaq ki, Bəhreydə həbsdə olan tanınmış ilahiyyatçılar - Şeyx Əbd əl-Cəlil əl-Miqdad, Şeyx Əli Salman, Şeyx Mühəmməd Həbib əl-Miqdad, Şeyx Mirxə Maxrus və Şeyx Səid əl-Nuri cümə günü xalqın dinc hərəkatı və ölkənin ali ruhaniyyətinə dəstək və həmrəyliyini bəyan etmişdilər.

2011-ci ildən bəri Bəhreyndə xalq ölkə rejiminə qarşı dinc etiraz aksiyası keçirir. Xalq siyasi islahatlar, azadlıq, ədalətin bərqərar olması, ayrı-seçkiyini aradan götürülməsi və hakimiyyətin seçkilərlə olmasını tələb edir. Lakin Ali Xəlifə ailəsi rejimi bu tələblərə təzyiq və həbslərlə qarşılıq verir.

captcha