IQNA

RUSSİA TODAY xəbər agentliyinin icraçı katibi:

Vəhabilər və onların qərbi- ərəbi hamiləri zamanın yezidləridirlər

9:57 - November 09, 2016
Xəbər sayı: 3480976
Tehran, 09.11.2016 – "Russia Today" xəbər agentliyinin icraçı katibinin müşaviri, dedi: Bu günün və bizim zəmanənin yezidləri vəhabi terroristləridir və onları Qərb və Ərəb dünyasında himayə edənlər.

Vəhabilər və onların qərbi- ərəbi hamiləri zamanın yezidləridirlər

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Veronika Kraşeninikova – "Russia Today" xəbər agentliyinin icraçı katibi, keçən həftənin bazar günü İran İslam Respublikasının 22-ci beynəlxalq mətbuat sərgisinin xarici media bölməsində keçirilən "Rusiya KİV-lərinin siyasi və təhlükəsizlik təzyiqləri zamanı iş üsulları" adlı toplantıda qarşıda olan problemlərin həlli üçün Rusiya və İranın kütləvi informasiya vasitələri arasında həmkarlıqların genişləndirilməsinin zəruri olduğunu vurğuladı.

Veronika Kraşeninikova – "Russia Today" xəbər agentliyinin icraçı katibi, dedi: Biz müqəddəs bir zamanda burada toplaşmışıq. Əsrlər öncə İmam Hüseyn (ə) Yezidə beyət etməkdən imtina etdi və buna görə də şəhid edildi. İmam Xomeyni (r.ə) da İmam Hüseyn (ə) kimi Pəhləvi şahına itaət etməkdən imtina etdi.

Kraşeninikova əlavə etdi: Bu günün və bizim zəmanəmizin yezidləri vəhabi terroristləridir və onları Qərb və Ərəb dünyasında himayə edənlər.

"Russia Today" xəbər agentliyinin icraçı katibi dedi: Rusiya, Suriya, İran və digər müttəfiqlər işğal olunmuş ərazilərin azad edilməsi üçün kömək edirlər və terroristlərin və onların himayədarlarının qarşısını alırlar, həqiqətdə haqqın bərqərar olmağı üçün İmam Hüseynin (ə) məktəbindən və prinsiplərindən ilham alaraq çalışırlar.

O dedi: Biz, Suriyada Həzrət Zeynəb (ə) hərəminin müdafiəçilərinə dəyər verir və hörmət edirik və həmçinin General Süleymaninin ləyaqət və mərdliyini alqışlayırıq. Biz onun terrorçu qruplaşmalar qarşısında göstərdikləri rəşadət və şücaətlərdən xəbərdarıq. Biz də bu rəşadət və şücaətləri dəyərləndirmək, qədrini bilmək və bildirmək üçün media cəbhəsində terroristləri və onların himayədarlarını məğlub etmək üçün çalışmalıyıq. Bilməliyik ki, biz KİV əhli olaraq böyük və ağır məsuliyyət daşıyırıq. Əgər biz virtual aləmdə insanları imperializmin hoqqa və hiylələrindən agah və xəbərdar edə bilməsək, o zaman real aləmdə müharibələr başlayacaqdır.

Veronika Kraşeninikova – "Russia Today" xəbər agentliyinin icraçı katibi, vurğuladı: İraqın 11 sentyabr hadisələri ilə heç bir əlaqəsi olmadığı halda bu ölkədə müharibə başladıldı, amma səsi bir yerə çatmadı. Bundan sonra Qərb özünün Ərəb müttəfiqləri ilə Suriyada Bəşşar Əsəd əleyhinə döyüşə başladı. Biz mediada bu hoqqa və hiylələri vaxtında işıqlandırmaqla bu terrorizmə qarşı mübarizə aparmalıyıq.

O dedi: Son 5 ildə media və "kiv"-lərin döyüşü genişləndirilib və sürətləndirilibdir. Çünki Rusiya və İran mediası artıq meydandadır və onlara qarşı mübarizə aparır.

Veronika Kraşeninikova sonda vurğuladı: Mən İranın və bütün sülhsevər ölkələrin media və "kiv"lərini terrorizmlə mübarizə üçün həmkarlığa dəvət edirəm və ümidvaram ki, bir-birimizin köməyi ilə müasir dövrdə qarşımızda olan problemləri həll edə bilək.

http://iqna.ir/fa/news/3543954


captcha