IQNA

Kərbəlada partlayış baş verib, ölənlər var

11:59 - November 14, 2016
Xəbər sayı: 3480995
Tehran, 14.11.2016 - Bu gün Kərbəla əyalətində baş verən terror partlayışı nəticəsində 9 nəfər dünyasını dəyişib.


Kərbəlada partlayış baş verib, ölənlər var

Beynəlxalq Quran xəbər Agenyliyi (İQNA) PressTV-yə istinadla verdiyi xəbərə görə, İraqın Kərbəla vilayətinin 120 km. qərbində olan Eyn əl Təmr bölgəsində partlayış baş verib.

Məlumatda bildirilir ki, terrorist intiharçı özünü partladıb. Bu partlayışda 9 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Alınan son məlumata görə, 6 nəfər terrorist intiharçı Kərbəla zəvvarlarına hücumlar təşkil etmək istəyirdilər ki, təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə 5 nəfəri zərərsizləşdirilib.

Qeyd edek ki, intirahçılardan biri özünü partladıb və partlayış nəticəsində 9 nəfər həyatını itirib.

captcha