İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın "xalq könüllüləri heyəti"nin Quran-Kərim idarəsi Nəcəf- Kərbəla yolunda Quran- Kərimlə beynəlxalq üns məclisi təşkil ediblər.
Bu xəbəri ekskluziv olaraq İQNA üçün göndərən "xalq könüllüləri heyəti"nin Quran-Kərim idarəsi elan etdi: "Quran-Kərimlə beynəlxalq üns məclisi" keçən həftənin bazar günü, 13 noybar 2016-cı il, ƏRBƏİN zəvvarlarının piyada yürüş etdiyi Nəcəf-Kərbəla marşurutu istiqamətində "Quranla istirahət" adlı xeyməgahda təşkil edilib.
Quranla üns məclisində "əl-Ğədir" beynəlxalq "təvaşih" (sürud, dini nəğmə) qrupunun üzvləri, Pakistan və İrandan beynəlxalq Quran qariələri iştirak ediblər.
Məclis İran İslam Respublikasının beynəlxalq dərəcəli peşəkar Quran qiraətçisi Yusif Sadiqinin Quran-Tilavəti ilə başladı. Məclisin davamında isə Kərbəla əyalətinin "xalq könüllüləri heyəti"nin Quran-Kərim idarəsinin məsulu "İmam Hüseyn (ə) və onun Allahın dini və səmavi şəriətin yolunda böyük fədakarlığı" mövzusunda çıxış etdi.
Quran-Kərimlə beynəlxalq üns məclisinin davamında İran İslam Respublikasının tanınmış peşəkar Quran qarisi və "İmam Hüseyn (ə) xidmətçiləri heyəti"nin üzvü Məhəmməd Kermani ayələr tilavət etdi və daha sonra isə "əl-Ğədir" beynəlxalq "təvaşih" (sürud, dini nəğmə) qrupunun üzvləri İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi münasibətilə proqram icra etdilər.
"Əl-Ğədir" beynəlxalq "təvaşih" qrupunun rəhbəri Məhəmməd Dəştinin müdiriyyəti ilə təşkilən olunan Quran-Kərimlə beynəlxalq üns məclisinin sonunda iraqlı peşəkar Quran qarisi Əli əl-Məryani Quran-Kərimdən ayələr tilavət etdi və sonda Fərəc duası oxudu.
Qeyd edək ki, İraqın "xalq könüllüləri heyəti" ƏRBƏİN mərasimi münasibəti ilə Nəcəf-Kərbəla yolu istiqamətində müxtəlif yerlərdə "Quranla istirahət" xeymələri qrublar ki, bu xeymələrdə zəvvarlara Quranla bağlı xidmətlər göstərirlir.