IQNA

Höccətul- İslam vəl- Müslimin Möhsin Qərəviyan:

İmam Səccad (ə) və Həzrət Zeynəbin (s) aydınlatma cihadı Aşuranı əbədiləşdirdi

10:32 - November 19, 2016
Xəbər sayı: 3481009
Tehran, 19.11.2016 – İmam Hüseynin (ə) cihadını Kərbəla, Aşura və Məhərrəmlikdə xülasə etmək olmaz, Aşuranın əbədiliyinin sirri İmam Səccadın (ə) və Həzrət Zeynəbin (s) aydınlatma cihadındadır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Höccətul- İslam vəl- Müslimin Möhsin Qərəviyan – "Əl-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyası" və "İmam Xomeyni (r.ə) Beynəlxalq Ali Dini Təlimlər Kompleksi"nin elmi heyətin üzvü, İQNA ilə müsahibəsində böyük Aşura cihadının əbədiləşdirilməsində və Həzrət Əba-Əbdillahil-Hüseynin (ə) hərəkatının ismarıcının insanlara çatdırılması və aydınlaşdırılması Həzrət İmam Səccadın (ə) və Həzrət Zeynəbin (s) aydınlatma cihadının roluna işarə edərək dedi:

"CİHAD davamlı bir məsələdir ki, müəyyən bir zaman və məkan çərçivəsində xülasə olmur. Və buna görə də İmam Hüseynin (ə) böyük cihadını təkcə Kərbəla, Aşura və Məhərrəmin ilk on günlüyündə xülasə etmək olmaz. CİHAD tədrici bir məsələdir. Və "Hər yer Kərbəladır və Hər gün Aşura" şüarının misdaqı və nümunələri hər gün var və hər gün davam edir.

O əlavə etdi: Şəhidlər ağası İmam Hüseynin (ə) qiyamının məntiq və məfhumunu çatdırmaq "aydınlatma cihadı"dır. Bu gün ƏRBƏİN Aşuranın fəlsəfəsini açıqlayır. Aşuranın əbədiliyinin sirri və İmam Hüseyn (ə) qiyamının fəlsəfəsi Həzrət İmam Səccadın (ə) və Həzrət Zeynəbin (s) aydınlatma cihadındadır. Və bu gün də gərək ƏRBƏİN ziyarətindən səmərli istifadə edilsin və insanların miyonluq toplantısında Aşura hərəkatının məntiq və məfhumu izah olunsun.

Höccətul- İslam vəl- Müslimin Möhsin Qərəviyan – "Əl-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyası"nın elmi heyətin üzvü, vurğuladı: Bu gün ƏRBƏİN mərasimində insanların milyonluq iştirakının özü belə bütün dünya əhalisi üçün xüsusi bir ismarıc və mesaj göndərir. Və dünya əhalisi üçün bu sual yaranır ki, bu misilsiz toplantı nə üçün Kərbəlada baş verir?! Və elə bu məqamdadır ki, biz media, mütəfəkkirlə və alimlərin vasitəsilə İmam Hüseynin (ə) qiyamının fəlsəfəsini dünyaya elan etməliyik.

O əlavə etdi: İnsanların bu milyonluq toplantısından yaranmış fürsətdən ən yaxşı və ən çox istifadəni etməliyik. Bu toplantı regionda olan terrorçu və təkfirçilərin ürəyin qorxu salıb. Çünki göstərir ki, bütün şiələr və qeyri-şiələr v hətta qeyri-müsəlmanlar belə İmam Hüseynin (ə) və onun müqəddəs qiyamının aşiqidirlər. Və Aşura hərəkatının fikir və məntiqi bu insanların zehninə və qəlbinə yol tapa bilib və onları özünə çəkib.

Qərəviyan vurğuladı: Biz bu gün bu böyük toplantıdan İmam Hüseynin (ə) qiyamının fəlsəfəsini və mesajını çatdırmaq və məntiqini izah etmək üçün ən yaxşı şəkildə faydalanmalıyıq.

Teqlər: iqna ، aşura ، Ərbəin ، təkfir ، terror ، cihad
captcha