IQNA

İstambul türkcəsində nəşr edildi;

Həzrət Zəhra (ə) Şiələrin Ali Dini Liderinin baxış bucağında

21:33 - November 21, 2016
Xəbər sayı: 3481022
Tehran, 21.11.2016- "Qətrə dəryadan bir nişandır" kitabı İİR-nın Türkiyənin Ərzurum əyalətindəki mədəni əlaqələr üzrə idarəsinin həmkarlığı ilə tərcümə və nəşr edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri və dünya müsəlmanlarının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seydi Əli Hüseyni Xamenei cənablarının əziz İslam Peyğəmbərinin (s) sevimli qızı, 11 məsum imamın anası Həzrət Fatimə Zəhranın (ə) barəsində etdiyi çıxışlar toplusu olan "Qətre əz dərya nişan midəhəd" kitabı "Qətrə dəryadan bir nişandır" (Denizi gösteren damla) adlı ilə İran İslam Respublikasının Türkiyənin Ərzurum əyalətindəki mədəni əlaqələr üzrə idarəsinin həmkarlığı ilə tərcümə və nəşr edildi.

"Qətrə dəryadan bir nişandır" kitabı xanım Ayişə Susar tərəfindən İstambul türkcəsinə tərcümə edilmiş və "Ehsan" nəşriyyatı tərəfindən çap və nəşr olunmuşdur.

Bu kitab 284 səhifə, 17 fəsildən ibarətdir və 1000 nüsxə tiraj ilə çapdan çıxmışdır. Kitabın birinci fəsili Həzrət Zəhranın (s) məqamı və əzəməti, ikinci fəsili O xanımın (ə) dini, ictimai və tarixi şəxsiyyətini haqqında danışır. Üçüncü fəsildə isə Həzrət Zəhranın (ə) ibadət və mənəviyyatından söz açılmışdır. Dördüncü fəsildə Həzrət Zəhranın (s) elmi məqamı izah edilmiş, beşinci fəsildə isə Həzrət Zəhranın (s) Peyğəmbər (s) və Əhl-Beyt (ə) imamları baxışında məqamı barədə danışılmışdır. Altıncı fəsildə isə Həzrət Zəhranın (ə) "Ümmi –Əbiha" ləqəbi və məqamı barədə geniş açıqlama verilmişdir. Yeddinci fəsildə "Kövsər", səkkinci fəsildə "ailə"yə xidmət, doqquzuncu fəsildə fədakarlıq və səxavət, onuncu fəsildə Həzrət Zəhranın (ə) qadınlara nümunə olması, on birinci fəsildə isə O həzrətin (ə) qadınlar üçün kamil ictimai qadın obrazı olması kimi mövzulara toxunulmuşdur. On ikinci fəsildə Həzrət Zəhranın (ə) siyasi və cihadi metodları, on üçüncü fəsildə vücudunun bərəkəti, on dördüncü fəsildə Fatiməni (s) sevmək, on beşinci fəsildə Həzrət Zəhraya (ə) təvəssül etmək, on altıncı fəsildə Həzrət Zəhranı (ə) necə tanıtdırmaq və mədh etmək üslubu və nəhayət on yeddinci fəsildə Həzrət Zəhranın (ə) şəhadəti mövzularından danışılmışdır.

http://www.iqna.ir/fa/news/3547578


captcha