Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, görkəmli Şiə müəzzin Səlim Müəzzinzadə Ərdəbildə dünyaya gəlibdir və atası Əbdülkərim Müəzzinzadə Ərdəbilidə müəzzin idi. Onun qardaşı Rəhim Müəzzinzadə Ərdəbilinin məşhur azanı İran radio və televiziyasından yayılardı.
Ustad Səlim Müəzzinzadə Ərdəbilinin azanı da hər gün İran və İslam dünyasında məscidlərdən ucalaraq, eşidənlərin könlünü oxşayırdı.
Məşhur məddah, növhələrinin çoxunu Azərbaycan dilində yazıb. Onun ən məshur və unudulmaz növhəsi Azərbaycan dilində yazdığı `Zeynəb Zeynəb` növhəsidir.
İran İslam Respublikası prezidentinin 17-ci vilayət səfəri çərçivəsində Ərdəbil vilayətinə səfəri zamanı Ustad Müəzzinzadə Ərdəbiliyə "Milli Mədəniyyət Nişanı" verilmişdi.