IQNA

Stilvater kitabxanasında Quranın qadınlar barədə ayələri araşdırıldı

21:44 - November 28, 2016
Xəbər sayı: 3481061
Amerikanı siyasi, dini və irqi gərginliyin bürüdüyü bir vaxtda Stilvater şəhər sakinləri şəhərin mərkəzi kitabxanasında toplaşdılar ki, İslami doktrinada İslam və qadınların rolunu araşdırsınlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, son aylarda Amerikanı siyasi, dini və irqi gərginlik tufan kimi bürüdüyü bir zamanda Stilvater şəhər sakinləri bu şəhərin mərkəzi kitabxanasında toplaşdılar ki, çox mühüm bir məsələni, yəni İslam doktrinası baxımından İslam və qadınların rolunu araşdırsınlar.

Bu proqram "qadınların rolunun daha yaxşı tanınması" devizi ilə qadınlar üçün Amerika cəmiyyətində ədalətin bərpası hədəfi ilə fəaliyyət göstərən "Amerikanın Universitet Qadınları Birliyi" tərəfindən və Stilvater şəhərinin mərkəzi kitabxanasının həmkarlığı ilə keçirildi.

Amerikanın Minneapolis şəhərinin İslami maarif və mədəniyyət sahəsində aktiv təşkilatlarından biri olan "İslami Mənbələr Fakültəsi"ndən Hənadi Şəhabuddin bu toplantıda çıxış etmək üçün dəvət olunanlardan biri idi.

Onun əsli Livandandır, Kanadada yaşayır və Amerika cəmiyyətinə İslam maarifinin təlimləri yönündə fəaliyyət göstərir. O, livanlı olduğu üçün özünün Ərəbistan və Əfqanıstandakı müsəlman bacılarına nisbətən daha çox hüquq və azadlıqdan bəhrələnmişdir.

Hənadi Şəhabuddin çıxışında dedi: Bilməli olduğumuz ilk nöqtə budur ki, din və mədəniyyət bir-birindən tam olaraq fərqli kateqoriya və məfhumlardır. İslam adını daşıyan və müsəlmanlar yaşayan hər ölkənin mədəniyyəti təkcə bu səbəbə ki, orada müsəlmanlar yaşayır lüzumən İslami, Quran təlimlərinə və Həzrət Məhəmmədin (s) sünnəsinə uyğundur demək deyildir.

O çıxışının ardında amerikalıların İslam və müsəlman qadınlar barəsində insandıqları bir çox yanlış dastanlara işarə edərək bu dastan və təsəvvürlərin yanlış olduğunu göstərən Quran ayələri tilavət və təfsir etdi və qadınların ictimai rolunu Quran baxımından açıqladı.

Hənadi Şəhabuddin dedi: Təhsil, malik olmaq hüququ, ticarət hüququ və digər bu kimi hüquqlar İslam Peyğəmbərinin (s) zamanında qadınların hüquqlarından sayılırdı və Peyğəmbərin (s) öz xanımı Həzrət Xədicə (s) özü də tacir bir xanım olub ki, İslam Peyğəmbəri (s) risalətdən öncə onun üçün işləyirdi. Həmçinin İslamda qadınlar üçün bu hüquqda nəzərdə tutulmuşdur ki, işləmək istəmədikləri halda rifahi və maddi təhlükəsizlikləri qorunur.

Hənadinin çıxışından sonra bu proqramın təşkilatçılarından olan Suzan Filçer proqramın çoxsaylı xanımlar tərəfindən maraqla qarşılanması barədə xoşhallığını və heyrətləndiyini bildirdi və dedi ki, ümid etmirdim bu proqram belə maraqla qarşılansın. Fikrimcə cəmiyyət də belə proqramların tərəfdarıdırlar ki, son aylarda mənfi atmosferdə sıxıntıya düşmüş insanlara öz dəstəklərini göstərə bilsinlər.

http://iqna.ir/fa/news/3549297


captcha