IQNA

Hindistanlı yazıçı araşdırdı:

Qadının İslamda əzəmətli məqamı Quran ayələri əsasında

17:55 - December 14, 2016
Xəbər sayı: 3481141
Vəhiduddin Xan – Hindistanlı müsəlman mütəfəkkir, yazır: Müqəddəs İslam dini qadınları ictimai, hüquqi məqam baxımından və əməllərin dünya və axirətdə nəticəsinə görə kişilər ilə bərabər tutur.

Qadının İslamda əzəmətli məqamı Quran ayələri əsasında

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "economictimes" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İslami iki əsas qaynağı olan Quran- Kərim və Hədislərə əsasən, qadın və kişi arasında yaranış cəhətdən və insani dəyərlər baxımdan onların şəxsiyyətini bir-birindən üstün edən bir fərqlilik yoxdur və hər iki cins bərabərdirlər. Amma bu iki cins cismi, fiziki, ruhi və emosionallıq baxımından iki ayrı xarakter və xüsusiyyətə malikdirlər. Hər iki cins özlərinin fizioloji və emosional quruluşuna və xarakterinə mütənasib olan xüsusi hədəf üçün yaradılıblar. Və bu xüsusi yaradılış hədəfi də onların bəzi hüquqlarında təbii fərqlərə səbəb olub. Bu fərqlənmə isə cinsi ayrıseçkilik deyil ki, heç, həm də əsil ədalətdir.

Vəhiduddin Xan – Hindistanlı müsəlman mütəfəkkir və sülh aktivisti, İslam dininin qadına verdiyi uca və əzəmətli məqam və dəyərlərə Quran- Kərimin ayələri və məsumların hədisləri əsasında işarə edərək yazır:

Müqəddəs İslam dini qadınları ictimai, hüquqi məqam baxımından və əməllərin dünya və axirətdə nəticəsinə görə kişilər ilə bərabər tutur.

Quran-Kərim ayələrinə istinad edərək qəti şəkildə deyə bilərik ki, qadın və kişi uca insani məqamlara və ali kamal dərəcələrinə çata bilməkdə bərabərdirlər. Quran-Kərimin "Ali- İmran" surəsinin 195-ci ayəsində buyurur:

فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىبَعْضُكُمْ مِنْ بَعْضٍ

"Allah- Taala onların dualarını qəbul etdi. Həqiqətən Mən sizlərdən heç bir kişi və qadının xeyir əməlini zay etmərəm və mükafatsız qoymaram, sizin bəziniz bəzinizdəndir (, siz bir-birinizdənsiniz və hamınız Mənim nəzərimdə birsiniz)". Bu ayələrdən çox aydın şəkildə başa düşülür ki, qadın və kişi insani dəyərlər və mənəvi fəzilətlərdən istifadə etmək və yüksələ bilmək baxımından Allah yanında birdirlər. Kişilər əldə edə bildiyi bütün mənəvi məqamları və kamal dərəcələrini qadınlar da çox rahatlıqla qazan bilərlər.

İslam dini qadının qəyyumiyyətini və ailə işlərinin idarə edilməsini kişiyə tapşırmışdır. Quran- Kərim "Nisa" surəsinin 34- cü ayəsində buyurur:

«الرِّجَالُ قَوّاَمُونَ عَلی النِّساءِ بِمَا فَضلَ اللَّهُ بَعْضهُمْ عَلی بَعْضٍ وَ بِمَا أَنفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصالِحَت قَانِتَاتٌ حاَفِظاتٌ لِّلْغَیْبِ بِمَا حَفِظ اللَّهُ»

"Allah-Taala bəzilərini (kişiləri) bəzilərindən (qadınlardan cismi və fiziki və ictimai yaradılış və nizam baxımdan) üstün etdiyi üçün kişilər (cismani qüvvə baxımından) qadınlara nəzarətçi və rəhbərdirlər və qadınların ixtiyar sahibidirlər (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür".

Bu ayədə Allah-Taala kişiləri qadınlara "qəyyum" qərar vermişdir. Yəni kişi qadının bütün məsuliyyətini, onu qorumağı, dolanışığını təmin etməyi, öz üzərinə götürmüşdür. Və bu ayə heç vaxt kişinin qadından daha üstün olması mənasına deyil, əksinə Allah qadınları kişilərə tapşırır və bu barədə kişilərin boynuna ağır məsuliyyət qoyur.

Allah-Taala Quran- Kərimin "Nəml" surəsində Səba mələkəsi Bilqeysdən danışarkən onu tutduğuu ictimai mövqeyə görə qınamır, əksinə onun padşahların abadlıqları viranalığa çevirməkləri barədə dediyi ağıllı və hikmətli sözlərini təsdiq, təyid və tərif edir.

«إِنَّ الْمُلُوكَ إِذا دَخَلُوا قَرْيَةً أَفْسَدُوها وَ جَعَلُوا أَعِزَّةَ أَهْلِها أَذِلَّةً وَ كَذلِكَ يَفْعَلُونَ»

«Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər». Nəml/34.

Tarix boyunca qadınlar bir çox tərəqqi pillələrini uğurla yüksəlmiş və tarixdə nümunə qadınlar kimi iz qoyublar.

Belə qadınları Allah- taala da Quran- Kərimdə kişili və qadınlı bütün insanlara nümunə göstərir. Quran- Kərimin "Təhrim" surəsinin 11-ci və 12-ci ayəsində buyurur:

«وَضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ»

"Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!".

«وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ»

"Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi - Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi".

http://iqna.ir/fa/news/3553188


captcha