IQNA

Kaliforniyada xanımların imamlığı və idarəçiliyi ilə məscid

10:51 - April 07, 2017
Xəbər sayı: 3481507
Çin və Danimarkada qadınların imamlığı və idarəçiliyi ilə məscid təsisi qalmaqalından sonra bu dəfə Kaliforniyada yeni bir məscid xanımların idarəçiliyi və imamlığı ilə işə başlayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "huffingtonpost" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Çin və Danimarkada qadınların imamlığı və idarəçiliyi ilə məscid təsisi qalmaqalından sonra bu dəfə Kaliforniyada yeni bir məscid cari ilin Aprel ayının 17-də xanımların idarəçiliyi və imamlığı ilə işə başlayacaq.

"Məryəm Ürəyi" məscidi Amerikada iki il öncə istifadəyə verilmiş Los-Ancles şəhəri məscidindən sonra xanımların idarəçiliyi və imamlığı ilə idarə edilən ikinci məscid olacaqdır.

Bu məscidin təsisçisi xanım Rəbiə Keybəl bu barədə dedi: Bu məscidin camaat imamı xanım olacaqdır və bu məscidin namazlarında xanımlar birinci sıralarda namaza duracaqlar.

Yaxın günlərdə istifadəyə veriləcək məscidin rəsmi saytının yazdığına görə, məscidi Həzrət Məryəmin (ə) xatirəsinə və müsəlmanlar və məsihilərin arasında dostluq əlaqələrinin gücləndirməsi münasibəti ilə "Məryəm Ürəyi" adlandırıblar.

Amerikada ilk dəfə xanımlar üçün ixtisaslaşdırılmış məscid təsisçisi Həsəni Məznavinin dediklərinə görə, xanımlar üçün ixtisaslaşdırılmış məscid bundan öncə Çin, Suriya, Hindistan, Misir, Fələstin və Yəməndə təsis edilmişdir. İlk dəfə isə Çində xanımlar Cümə və camaat namazında xütbə oxumuşlar.

Dünyanın xanımlara aid ən qədimi məsicdi ilk dəfə 1820-ci ildə Çində təsis edilmişdir.

http://iqna.ir/fa/news/3587362


captcha