IQNA

Keniyada məscid söküntüsünə görə etiraz aksiyası keçirilib

12:00 - April 09, 2017
Xəbər sayı: 3481518
Minlərlə keniyalı müsəlman paytaxt Nayrobidə ölkə rəsmilərinin yolu genişləndirmək bəhanəsi ilə məscidi sökməyinə etiraz olaraq aksiya keçirib.

Keniyada məscid söküntüsünə görə etiraz aksiyası keçirilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.info-a istinadla xəbər verir ki, etirazçılar ötən gün cümə namazından sonra paytaxt Nayrobidə aksiya keçirərək ölkə rəsmilərindən istəyib ki, 2500 nəfərlik məscidin sökülməsi fikrindən daşınsın.

Məscidin imam camaatı Salim Məhəmməd deyib ki, Keniya rəsmiləri bu bölgədə yeni məscidin tikintisi üçün yer ayırmaqdan və dəymiş ziyanı ödəməkdən boyun qaçırır. "Bu məscid bölgə xalqına müxtəlif ictimai və mədəni proqramlarla xidmət göstərir. Məscidin nəzdində həmçinin islami dəyərləri öyrənmək üçün mədrəsə də fəaliyyət göstərir”.

Keniyanın 46 milyon nəfər əhalisi var ki, əhalinin 11,5 faizini müsəlmanlar təşkil edir.

captcha