IQNA

The Independent:

Terrorizmi Quranla əlaqələndirlənlərin bu kitabla heç bir tanışlığı yoxdur

8:09 - April 14, 2017
Xəbər sayı: 3481535
İngiltərənin "The Independent" qəzetinin yaydığı bir məqalədə vurğulanır ki, Quran- Kərimi terrorizmlə əlaqələndirənlər bu səmavi kitabı oxumayıblar və onların bu kitabla heç bir tanışlığı yoxdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin "The Independent" qəzetinin yaydığı bir məqalədə vurğulanır ki, Quran- Kərimi terrorizmlə əlaqələndirənlər bu səmavi kitabı oxumayıblar və onların bu kitabla heç bir tanışlığı yoxdur.

Amerikalı müsəlman vəkil, yazar və insan haqları aktivisti Qasim Raşidin yazdığı bu məqalədə deyilir: Quran- Kərimin mübarək Həcc surəsinin 40-cı ayəsində Allah- Taala möminlərə icarə verir ki, özlərini müdafiə etmək üçün döyüşsünlər. Bu ayə möminlərə təkcə müsəlmanları müdafiə üçün deyil, həm də məsihi və yəhudiləri və digər dinlərin davamçılarını terrordan müdafiə etmək üçün döyüş əmri verir. Ayədə buyurur:

الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَنْ يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

"O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır” – dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!"

Bu gün isə təkcə iki dəstə deyirlər ki, "Quran terrorizmi öyrədir". Biri "islamofob" və "anti- İslam"lar və digəri də İŞİD təkfirçi terrorist qruplaşması. Və hər ikisi də aşkara səhv ə yanlış yoldadırlar.

Bu iki dəstənin sadəlövhcəsinə çıxarışları və gəldikləri nəticə bu gün bütün dünyada baş verən terrorları görməzdən gəlir. Qərb ölkələrinin beynəlxalq silah ticarəti insan haqları ilə daban dabana ziddir. Qərb ölkələri və Amerikanın təkfirçi və terrorist rejim olan Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə satdığı silahların nəticəsində bu gün Yəməndə 60 min körpə uşağın ölümünə səbəb olubdur. Və həmçinin Sumali neçə illərdir ki, geniş və davamlı quraqlıqdan əziyyət çəkir və Suriya neçə illərdir böhran içində yaşayır.

Bütün bunlar qərb ölkələri və Amerikanın mənfur və "islamofob" xarici siyasətlərinin nəticəsi olmasına baxmayaraq London, Misr və Suriya kilsələrinə edilən hücumlara görə Quran təqsirkar bilinir.

Biz Orta Şəqrdə, Suriya və Yəməndə baş verən vəhşilikləri dayandırmaq üçün təkcə ədalətlə hakimlik etməliyik. Quranı təqsirkar bilmək həm yanlışdır və həm də cəmiyyətləri sarmış bu bəlaları ortadan götürmək üçün olan əsas mənbəni və həll yolunu itirmək deməkdir.

Bu üç əsas dəlil və həqiqət göstərir ki, Quran ayələrinin heç biri terrorizmə icazə vermir və bu təkcə "islamofob"ların və İŞİD-in iddiasıdır:

Birinci həqiqət budur ki, İŞİD və "islamofob"lar Quran ayələrini qayçılayıb əsas tekst və ayələrin birlikdə mənasını dəqiqləşdirən düzüm sırasından çıxardaraq öz istədikləri kimi və öz hədəflərinin xeyirinə istifadə etmək üçün məna edirlər. Halbuki Quran- Kərim Ali- İmran surəsinin 7-ci ayəsində Quran ayələri ilə belə bir rəftarı qadağan edir.

هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

"(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər."

İkinci həqiqət budur ki, İslam elmi bir dindir və insana çətin anlarda özündən müdafiə etməyə icazə vermişdir. Bu icazəni o möminlərə vermişdir ki, onalra qarşı kafirlər savaş açmışlar. Quran- Kərimin mübarək Həcc surəsinin 40-cı ayəsində Allah- Taala möminlərə icarə verir ki, özlərini müdafiə etmək üçün döyüşsünlər. Bu ayə möminlərə təkcə müsəlmanları müdafiə üçün deyil, həm də məsihi və yəhudiləri və digər dinlərin davamçılarını terrordan müdafiə etmək üçün döyüş əmri verir. Ayədə buyurur:

الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَنْ يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

Bu ayələr təkcə özünü müdafiə üçündür və ayələrdən bundan başqa hər hansı bir istifadə azğınlıqdır. Necə ki, Bəqərə surəsinin 190-195-ci ayələrində də Allah- Taala müsəlmanlardan istəyir ki, onlara hücum edənlərə qarşı döyüşsünlər və əgər düşmən döyüş əsnasında təslim olarsa, onu bağışlasınlar və onlara işkəncə verməsinlər və günahsız insanları öldürməsinlər.

Üçüncü həqiqət isə budur ki, əvvəlinci iki dəlil elə özü dəlildir buna ki, insanları evlərindən didərgin salan, günahsız insanları, qoca, qadın və uşaq demədən öldürən terroristlər əslində möminlərin və bütün dinlərdən olan dinc insanların düşmənidirlər və möminlərə vacibdir ki, özlərini, yəhudi və məsihiləri müdafiə etmək üçün terroristləri öldürsünlər.

Quran terroristləri öldürməyə icazə verir ki, çünki dinc insanları qorumaq vacibdir. Çünki terroristlər insanların asayişini pozur. Amma sülh şəraitində İslam dini sülh, dostluq və məhəbbət dinidir. Hər düz fikirləşən, sədaqətli və insaflı insan bunları İslam və Quran barədə təsdiq edə bilər.

İnsanlar Quran və İslam barədə yanlış düşünürlər. Çünki İslam və Quranı xəbər başlıqlarından öyrənirlər, Quranı və İslamı araşdıraraq deyil. Buna görə də siz Quranı oxuyun, Peyğəmbərin (s) həyatını oxuyun ki, həqiqi İslam ilə tanış olasınız.

http://iqna.ir/fa/news/3589101


Teqlər: iqna ، quran ، terror ، islamofob
captcha