IQNA

İordaniyanın Quran və Sünnənin Ecazkarlığı Birliyi "İslam və Ekologiya" adlı seminar keçirir

10:02 - April 15, 2017
Xəbər sayı: 3481542
Bu gün, həftənin şənbə günü, İordaniyanın Quran və Sünnənin Ecazkarlığı Birliyi "İslam və Ekologiya" mövzusunda 13- cü elmi seminarı keçirir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İordaniyanın "əs-Səbil" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 15 Aprel 2017-ci il, İordaniyanın Quran və Sünnənin Ecazkarlığı Birliyi "İslam və Ekologiya" mövzusunda 13- cü elmi seminarı keçirir.

Bu elmi seminar İordaniyanın "Quran-Kərim və Sünnənin Ecazkarlığı Birliyi"nin təşəbbüsü və bu ölkənin "ər-Rüvvad" (Öncüllər) beynəlxalq məktəblər təşkilatının həmkarlığı ilə keçirilir.

İordaniyanın "Quran-Kərim və Sünnənin Ecazkarlığı Birliyi"nin "Elmi Gün" adı altında keçirilən bu seminarına İordaniyanın milli məclisinin keçmiş rəisi Əbdüllətif Ərəbiyyat nəzarət və rəhbərlik edir.

"İslam və Ətraf mühitin mühafizəsi" (İslam və Ekologiya) mövzusunda keçirilən bu seminarın ilk iclasında İordaniyanın "Su məsələləri və Ekologiya" üzərə mütəxəssisi Süfya Ətəl bu mövzuda yazdığı "Yerin qorunmasının təmin edilməsində möminlərin roluna inam" adlı məqasləsi ilə çıxış edəcəkdir.

Bundan əlavə seminarda İordaniyanın Elm və Texnologiya universitetinin "əlaqələr mühəndisliyi" fənninin ustadı Mənsur əl-İbadi Əbu Şəriənin "Quran-Kərimdə ətraf mühitin qorunması (ekoloji) tarazlıq" məqaləsi və İordaniyanın "Quran-Kərim və Sünnənin Ecazkarlığı Birliyi"nin rəisi Hatəm əl-Bəştavinin "Quran baxımından ətraf mühit" adlı məqaləsi müzakirə ediləcəkdir.

Seminarın ikinci iclasında "İslamda suyun ekoloji davamlılığı və ətraf mühit", "Bal arasının ekoloji tarazlıqda təsiri" və "İordaniyanın ekologiyasi; problemlər və çarə yolları" adlı digər məqalələr də müzakirəyə çıxarılacaqdır.

http://iqna.ir/fa/news/3589429


captcha