IQNA

İİR-nın iştirakı ilə;

Kərbəlada "Şəhidlik Baharı" beynəlxalq festivalı açıq elan edildi + Foto

8:53 - May 03, 2017
Xəbər sayı: 3481610
Cari həftənin birinci günü, İran İslam Respublikasının nümayəndələrinin iştirakı ilə İraqın Kərbəla şəhərində 13-cü "Şəhidlik Baharı" festivalının açılış mərasimi keçirildi.

İQNA-nın (Benəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cari həftənin birinci günü, May ayının 1-də, Şəhidlər şahı Həzrət İmam Hüseynin (ə) mübarək mövludu ərəfəsində O Həzrətin (ə) Kərbəladakı müqəddəs ziyarətgahının idarə heyətinin təşəbbüsü və İran İslam Respublikasının nümayəndələrinin iştirakı ilə İraqın Kərbəla şəhərində 13-cü "Şəhidlik Baharı" festivalının açılış mərasimi keçirildi.

İraqın Kərbəla şəhərində keçirilən 13-cü "Şəhidlik Baharı" festivalının açılış mərasimində İraqın müqəddəs ziyarətgahlarının idarə heyətlərinin nümayəndələri, elmi, ədəbi, siyasi, mədəni və dini şəxsiyyətlər, media nümayəndələri, qeyri- İslami dinlərin nümayəndələri, İslami məzhəblərin nümayəndələri və 35 xarici ölkəndən, İran, ABŞ, Türkiyə, İspaniya, Polşa, Almaniya, İralndiya, Albaniya, İndoneziya, Banqladeş, Pakistan, Suriya, Filippin, Əfqanistan, Tayland, Liviya, Ac Sahili, Mərakeş, Hindistan, Əlcəzayir, Mavritaniya, Qəna, Buriknafaso, Misir, Seneqal, Tanzaniya, Kameron, Tunis və Küveytdən qonaqlar iştirak ediblər.

Açılış mərasimi Quran- Kərimin tilavəti ilə başlayıb və davamında Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəminin idarə heyətinin rəisi Seyid Əhməd Safi çıxış edib.

Mərasimdə Seyid Əla Musəvi (İraqın Şiələr Vəqfi İdarəsinin rəisi), Alberto Urtega (Vatikanın səfiri), Əbdürrəhman Rəhmani (Əfqanıstan parlament nümayəndəsi), Şeyx Şüeyb Keybi (Seneqalın "əl-Mürüdiyyə" Sufiyyə firqəsinin nümayəndəsi) və digər şəxsiyyətlər çıxış edərək İmam Hüseynin (ə) həyat tərzindən danışaraq insanları sülhə və dostluğa və vəhdətə dəvət ediblər.

http://iqna.ir/fa/news/3594791








captcha