IQNA

Müsəlman turistlərin qəbulu üzərə ölkələrin reytinqləri- 2017

0:04 - May 07, 2017
Xəbər sayı: 3481622
"Crescent Rating" və "Mastercard" -halal turizm üzərə reytinq cədvəlini hazırlayan şirkətlər, 2017-ci ildə müsəlman turistlərin qəbulu üzərə ölkələrin ən yeni reytinq cədvəlini elan ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "focustaiwan" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "Crescent Rating" və "Mastercard" şirkətləri - halal turizm üzərə reytinq cədvəlini hazırlayan şirkətlər, 2017-ci ildə müsəlman turistlərin qəbulu üzərə ölkələrin ən yeni reytinq cədvəlini elan ediblər.

Bu hesabata görə İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) üzvü olmayan Tayvan müsəlman turistlərin qəbulu üzərə ölkələrin ən yeni reytinq cədvəlində 52.6 rütbə imtiyazı ilə müsəlman turist qəbul etməklə 7-ci yeri tutub.

Bu reytinq cədvəlində öncəki ilk altı yeri Sinqapur (67.3), Tayland (61.8), Britaniya (60.0), Cənubi Afrika (53.6), Honkonq (53.2) və Yaponiya (52.8) bölüşürlər.

İslami turizimin beynəlxalq və standart meyarlarına əsasən İƏT ölkələri arasında Malaziya 82.5 imtiyaz ilə yeddi ildir ki, ardıcıl olaraq birinci yeri özündə saxlayır. Ondan sonra isə BƏƏ (76.9), İndoneziya (72.6), Türkiyə (72.4) və Ərəbistan (71.4) ikinci, üçüncü və dördüncü yerləri bölüşürlər.

İslami turizimin meyar və imtiyaz ölçülərinə turistlərə qarşı qonaqpərvərlik, onların təhlükəsizliyinin qorunması, daha çox turistin cəzb edilməsi, müxtəlif qida və yemək çeşidlərinin mövcud olması, məhsulların halal olmasının təzmin edilməsi, məscidlərə çıxışın asan olması, havalimanlarında endirilmlər və digər rifahi şəraitlərin olması, informasiya əlaqələrinini asanlığı, hava xətlərinin olması və vizanın olmaması kimi şərtlər və ölçülər daxildir.

Halal Turizm reytinqlərini hazırlayan bu iki şirkətin verdiyi hesabata görə, 2106-cı ildə 121 milyon müsəlman tusirlər müxtəlif ölkələrə səfər edib və bu sayın 2020-ci ilədək 156 milyon olacaqı deyilir.

http://iqna.ir/fa/news/3596520


captcha