IQNA

Kaliforniyanın "Çapman" universitetində Quran-Kərimin qədim əlyazma nüsxəsi sərgiləndi

9:49 - May 21, 2017
Xəbər sayı: 3481677
Dünya Mədəni İrsi və Tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə Quran- Kərimin Suriyaya məxsus qədim əlyazma nüsxəsi Kaliforniyanın "Çapman" universitetində sərgiyə qoyuldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dünya Mədəni İrsi və Tədqiqatlar Mərkəzinin təsisçisinİn təşəbbüsü ilə Quran- Kərimin Suriyaya məxsus qədim əlyazma nüsxəsi Kaliforniyanın "Çapman" universitetində sərgiyə qoyuldu.

"Los- Anceles Times" qəzetinin xəbər və informasiya portalının bu barədə yaydığı məlumatda deyilir ki, Fərid Fərxi bir il öncə Kaliforniyanın "Çapman" universitetində "Dinlər Arası Əlaqələr Mərkəzi"nin təşkil etdiyi sərgiyə baxış keçirərkən bu sərgidə bir şeyin çatmadığı və nəyinsə yoxluğu onun diqqətini cəlb edir.

"Onlar Çapman ailəsinə məxsus bir İncili və Litvani sülaləsinə aid bir Tövratı sərgiyə qoymuşdular. Mən özlüyümdə dedim ki, bunlar gözəl nüsxələrdirlər. Amma mən onların arasında Quran- Kərimi görmürəm. Axı bu kitab İbrahimi dinlərə aid səmavi kitabların tamamlayıcısıdır. Sərgi təşkilatçıları bu mühüm üç kitabdan birini deyəsən unudublar" - Dünya Mədəni İrsi və Tədqiqatlar Mərkəzinin təsisçisi Fərid Fərxi deyir.

Buna görə də Kaliforniyada Dünya Mədəni İrsi və Tədqiqatlar Mərkəzinin təsisçisi Fərid Fərxi bu qərara gəlir ki, bu barədə bir iş görsün.

O, universitetə kömək edir ki, müqəddəs mətnləri ehtiva edən bir sərgi keçirsin və sərgiyə Quran- Kərimin Suriyaya məxsus qədim əlyazma nüsxəsini də gətirir.

Qeyd edək ki, Dünya Mədəni İrsi və Tədqiqatlar Mərkəzinin təsisçisi Fərid Fərxinin təşkil etdiyi bu sərgi May ayının 16- da rəsmi şəkildə açılış mərasimi keçirib.

http://iqna.ir/fa/news/3601252


Teqlər: iqna
captcha