IQNA

Bakıda "İmam Xomeyni(rə)-in vəsiyyətnaməsinin şərhi" adlı konfrans keçirilib

11:34 - June 04, 2017
Xəbər sayı: 3481722
İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü günü ərəfəsində Bakıda "İmam Xomeyni(rə)-in vəsiyyətnaməsinin şərhi" adlı iclas keçirilib.


Bakıda

Sahartv-nın məlumatına görə, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən bu iclasda siyasi, ictimai, mədəni və dini şəxsiyyətlər iştirak ediblər.

AİP-in sədr əvəzi Hacı İlham Əliyev bu mərasimdə çıxış edərək, İmam Xomeyni(r.ə)-in şəxsiyyəti və İslam İnqilabının müasir dövrdəki təsirlərindən danışıb və deyib: İmam Xomeyni(r.ə) güclü iman və bəsirət ilə xalqın dəstəyi sayəsində müsəlmanların və bəşəriyyətin nicatına yol açan bir inqilabı qələbəyə çatdırdı və İmamın öz sözü ilə desək bu inqilab "Nurun partlayışı" idi.

O, daha sonra İmam Xomeyni(r.ə)-in ürfani, elmi və siyasi şəxsiyyətinə işarə edib və İslam İnqilabının qələbə çalmasını İslam Dünyası və bəşəriyyətə xidmət adlandırıblar.

Konfransın davamında İmam Xomeyni(rə)-in şəxsiyyəti və xüsusiyyətləri barədə müxtəlif çıxışlar edilib.

Şer oxumaqla davam edən mərasimin davamındaAzərbaycan və Fars dillərində kliplər də nümayiş etdirilib.

captcha