IQNA

İŞİD terror hücumlarını artıracağını bildirib

11:24 - June 13, 2017
Xəbər sayı: 3481754
İŞİD terror qruplaşması tabeliyində olan terrorçulardan dünyanın müxtəlif məntəqələrində terror aktları törətmələrini istəyib.

İŞİD terror hücumlarını artıracağını bildirib

İŞİD terror qruplaşması bazar ertəsi günü yeni bir audio-müraciət yayaraq, Amerika, Avropa, Rusiya, Avstraliya, İraq, Suriya və Filippindəki tərəfdarlarından Ramazan ayı boyunca bu ölkələrdə terror aktları törətmələrini istəyib.

İŞİD terror qruplaşmasının teleqram kanalında yayımlanan audio-müraciətdə Ramazan ayında terror hücumlarının həyata keçirilməsi istənilib. Bu audio-müraciətin İŞİD-in sözçüsü Əbülhəsən Mühacir tərəfindən səsləndirildiyi güman edilir.

O, bu audio-müraciətdə İŞİD-in Avropa, Amerika, Rusiya, Avstraliya və digər ölkələrdəki tərəfdarlarından istəyir ki, özlərindən öncəki İŞİD terrorçularını nümunə götürərək, İŞİD-in düşmənlərinə qarşı terror hücumları həyata keçirsinlər.

captcha