IQNA

Kanadanın Kingston rayon məscidində sərgi keçiriləcək

9:28 - August 04, 2017
Xəbər sayı: 3481932
Kanadanın Antaryo əyalətinin Frontenak şəhərinin Kingston rayon məscidi cari həftənin sonunda keçiriləcək İslami sərgidə qeyri- müsəlmanlara evsahibliyi edəcək.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Antaryo əyalətinin Frontenak şəhərinin Kingston rayon məscidi cari həftənin son iki günündə keçiriləcək İslami sərgidə qeyri- müsəlmanlara evsahibliyi edəcək.

"Surreycomet" xəbər və informasiya portalının bu barədə yaydığı məlumatda deyilir ki, səgrinin keçirilməsinin əsas hədəfi qeyri- müsəlmanları İslam tarixi, İslam aləminin tarixi eksponantları və dini əsərləri və İslam təlimləri ilə yaxından tanış etməkdir.

Cari həftənin şənbə və bazar günləri keçiriləcək bu səgidə çoxməzhəbliliyin normal qarşılanması və məzhəblərin bir-birilərinə hörmətlə yanaşması təlimini insanlara təbliğ etmək də sərginin keçirilməsində qarşıya qoyulan məqsədlərdən biridir.

Sərgidə qeyri- müsəlmanlar müsəlman millətlərin milli qida və yeməkləri ilə tanış olacaq, bu yeməklərdən dada biləcəklər və həmçinin uşaqlar üçün maraqlı proqramlar olacaqdır.

Kingston məsciinin idarə heyətinin üzvlərindən olan Füzeyl Həncəra bu barədə dedi: Bu sərgi müsəlmanların öz qeyri- müsəlman qonşuları ilə dostluq əlaqələrinin möhkəmlənməsi üçün bir fürsət olacaqdır. Həmçinin ümidvarıq ki, məscid və müsəlmanlar ilə tanış olan qeyri- müsəlmanlar zehnlərində İslam barədə yaranmış və yayılmış yanlış təsəvvürlərdən xilas ola biləcəklər.

Teqlər: iqna ، kanada ، məscid ، sərgi
captcha